Goranboy rayonunda ildırım 47 yaşlı kişini vuraraq öldürüb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb.
Kənd ərazisindəki yaylaqda mal-qara otaran Laçın rayon sakini, 47 yaşlı Əhməd Əhmədovu ildırım vurub.
O, hadisə yerindəcə ölüb.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR