COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır
13 Noyabr 2026, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1517
17.03.2021, 20:39
10 noyabrdan keçən dövrə baxsaq, ölkə rəhbərinin hər səfəri planlı, strateji mesajlarla zəngin, nəinki arxa planında olan məqsədləri, eləcə də ön cəbhəsi olan bir addımlardır. Bu, dünya azərbaycanlılarına, ölkəmizin tərəfdarlarına da yalnız əminlik, güvənc hissi verir.
Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc bildirib.
Mərkəz sədrinin sözlərinə görə, bu gün azad olunmuş torpaqların üzərində Azərbaycan xalqının suveren haqlarının qayıtmasının bir başqa mənası sərhədlərimizin azad olunmasıdır: “Yəni Ermənistanla ən yaxın vaxtda strateji güc nisbətini ona qədərki 10 illər ərzində mövcud olan hərbi balanssızlıq aradan qaldırdı. Digər tərəfdən müşahidə olunur ki, bütün həlqələrdən, tutğaclardan əli çıxan düşmən tərəfi son dövr müxtəlif mədəni beynəlxalq təşkilatları daha artıq dərəcədə tarixi abidələr, yerlər, ənənələr, o cümlədən kilsə və s məsələlərdə səfərbər edir”.
Millət vəkili qeyd edib ki, ermənilər bu gün müxtəlif dinlərin ibadətgahlarını döyüş səngərinə çevirmək istəyir: “Azıx mağarasının tarixi mənası orada min illərdir insan varlığını özündə ifadə edən bir məkandır. Bundan sonrakı dövrdə xalqımız üçün ən önəmli siyasət o bölgənin Azərbaycan insanlarının qurucu əlləri ilə yaratmaq, bərpa etməkdir. O ərazilərə canlı həyatı, isti nəfəsi vermək əsas şərtdir. Bəşəriyyət o reallığı da görüb ki, həqiqətən də sıfırlanmış həyatı yenidən dirçəldib, qurub, yaradıb formalaşdırmaq necə olur. Bu dəfə də belə olacaq. Əgər dağıntılar erməni simasını ifadə edəcəksə, quruculuq Azərbaycanın və yaxud xalqımızın vizit kartı olacaq, onun simasını təşkil edəcək. Buna görə də cənab Prezident hər bir addımını Sərkərdə kimi atır və Qarabağ, Xankəndi, Xocalının artıq son dövrlər erməni informasiya və gerçək həyatında Zəngəzurun əldən getməsi onun nəinki, dəhliz bütövlükdə Ermənistanın özünün nəfəsliyi, yolunun bağlanması kimi qəbul olunur”.
Zahid Oruc qeyd edib ki, kiçik ərazinin tamamilə Azərbaycanın təsir dairəsinə düşməsi kimi Ermənistanın xarici siyasətinin təsir alətindən çıxaraq, büsbütün sanki İrəvanın Bakıdan idarə olunması gerçəkliyi meydana gətirilir: “Belə olan təqdirdə bu səfərlərin uzaq vadəli mənası var. Bu, hər bir insanımızda əminlik hissini möhkəmləndirir. Böyük qayıdışa yalnız müsbət təsir göstərir”.
11:15 / 13 Noyabr 2026
21
11:12 / 13 Noyabr 2026
26
11:00 / 13 Noyabr 2026
44
10:50 / 13 Noyabr 2026
49
10:45 / 13 Noyabr 2026
50
10:39 / 13 Noyabr 2026
59
10:25 / 13 Noyabr 2026
80
10:22 / 13 Noyabr 2026
93
10:20 / 13 Noyabr 2026
68
10:08 / 13 Noyabr 2026
268
10:02 / 13 Noyabr 2026
74
09:51 / 13 Noyabr 2026
137
09:46 / 13 Noyabr 2026
926
09:44 / 13 Noyabr 2026
126
09:38 / 13 Noyabr 2026
100
09:34 / 13 Noyabr 2026
142
09:33 / 13 Noyabr 2026
83
09:31 / 13 Noyabr 2026
94
01:52 / 13 Noyabr 2026
298
01:49 / 13 Noyabr 2026
863
01:42 / 13 Noyabr 2026
77
00:49 / 13 Noyabr 2026
157
00:18 / 13 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.