COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır
13 Noyabr 2026, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1527
17.03.2021, 18:21
Martın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 13-16, bəzi yerlərdə 18-20, Bakıda gecə 5-7, gündüz 15-17, bəzi yerlərdə 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Martın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Martın 18-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Martın 18-də günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında qısamüddətli şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 18-i gündüzdən 19-u gündüzədək əsasən şimal və qərb rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
11:21 / 13 Noyabr 2026
21
11:15 / 13 Noyabr 2026
37
11:12 / 13 Noyabr 2026
42
11:00 / 13 Noyabr 2026
54
10:50 / 13 Noyabr 2026
54
10:45 / 13 Noyabr 2026
56
10:39 / 13 Noyabr 2026
65
10:25 / 13 Noyabr 2026
85
10:22 / 13 Noyabr 2026
96
10:20 / 13 Noyabr 2026
72
10:08 / 13 Noyabr 2026
287
10:02 / 13 Noyabr 2026
78
09:51 / 13 Noyabr 2026
143
09:46 / 13 Noyabr 2026
971
09:44 / 13 Noyabr 2026
132
09:38 / 13 Noyabr 2026
103
09:34 / 13 Noyabr 2026
147
09:33 / 13 Noyabr 2026
84
09:31 / 13 Noyabr 2026
96
01:52 / 13 Noyabr 2026
300
01:49 / 13 Noyabr 2026
870
01:42 / 13 Noyabr 2026
79
00:49 / 13 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.