COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır
13 Noyabr 2026, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1798
17.03.2021, 12:50
SOCAR və "Qazprom Export" şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb.
Oxu24.com -un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün (Azərbaycan ərazisi ilə – red.) davam etdirilməsinə imkan verəcək.
Məlumata görə, iki tərəf arasında müqavilə martın 16-da imzalanıb. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.
SOCAR-dan bildirilib ki, "Şimali Qafqaz – Zaqafqaziya" magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır.
"Bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, qazın nəqlinə bu gün start veriləcək.
11:21 / 13 Noyabr 2026
21
11:15 / 13 Noyabr 2026
37
11:12 / 13 Noyabr 2026
42
11:00 / 13 Noyabr 2026
54
10:50 / 13 Noyabr 2026
54
10:45 / 13 Noyabr 2026
56
10:39 / 13 Noyabr 2026
65
10:25 / 13 Noyabr 2026
85
10:22 / 13 Noyabr 2026
96
10:20 / 13 Noyabr 2026
72
10:08 / 13 Noyabr 2026
287
10:02 / 13 Noyabr 2026
78
09:51 / 13 Noyabr 2026
143
09:46 / 13 Noyabr 2026
971
09:44 / 13 Noyabr 2026
132
09:38 / 13 Noyabr 2026
103
09:34 / 13 Noyabr 2026
147
09:33 / 13 Noyabr 2026
84
09:31 / 13 Noyabr 2026
96
01:52 / 13 Noyabr 2026
300
01:49 / 13 Noyabr 2026
870
01:42 / 13 Noyabr 2026
79
00:49 / 13 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.