Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50729
az

Yoğun bağırsağın xərçəngi

00:5917 Mart, 2021
2387
CƏMİYYƏT
  • A

Yoğun bağırsağın xərçəngi bədxassəli olub, bağırsağın distal hissələrinin zədələnmələri ilə müşayət edilir.Xəstəliyin ilkin dövrləri simptomsuz keçir.Uzun müddət xəstəlik heç bir əlamət vermədən bağırsağı zədələyir, yalnız sonda öz əlamətlərini biruzə verir.Yoğun bağırsağın xərçəng xəstəliyi özünü aşağıdakı əlamətlərlə bildirir:
* bağırsaqdan qanaxma
* qəbizlik
* qarında intensiv ağrılar
Xəstəliyə ən çox sənaye sahələri inkişaf etmiş ölkələrdə rast gəlinir. Xəstəliyin əmələ gəlməsində qida rasionuna düzgün əməl etməməyin də rolu olduğu söylənilir.
Son illər xəstəliyin əmələ gəlməsində qida rasionunda olan yağların və heyvanı zülalların rolu olduğu söylənilir. Yağ və zülalların bağırsağın mikroflorasına təsiri nəticəsində bağırsaqda kanserogen məddələrin əmələ gəlməsi xəstəliyi yaradan əsas səbəb hesab edilir.Xəstəliyin əmələ gəlməsində bəzi faktorların rolu böyükdür:
*qeyri-spesifik yaralı kolit
* qranulematoz kolit
* yoğun bağırsağın polipi
* polip xəstəliyinə ailəvi meyillik
Xəstəliyin 4 ağırlıq dərəcəsi var.Yoğun bağırsağın xərçəng xəstəliyi gedişinə görə ağırlıq dərəcələrinə bölünür.Yoğun bağırsağın xərçəng xəstəliyi adətən 40 yaşdan yuxarı adamlarda rast gəlinir.Əsasən bağırsağında polip olan adamlarda diametri 5 mm-dən çox olan poliplərin bədxassəli şiş toxumasına çevrilmə riski daha böyük olur.
Diaqnoz:
Xəstəliyə diaqnozun qoyulmasında rentgenoskopiyanın, kolonofibroskopiyanın rolu böyükdür.
Ailəsində bağırsaq xərçəngindən əziyyət çəkən adamların ildə bir dəfə müayinələrdən keçməsi lazımdır. Nəcisində qan izi görən adamların da profilaktika səbəbi ilə müayinə olunmaları məsləhət görülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda məşhur meyxanaçı komaya düşdü
4 nəfər imtahandan xaric olundu
Sabah açıq havada uzun müddət qalmayın! -XƏBƏRDARLIQ

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı