Bakının bu hissəsində körpü tikilir
13 Noyabr 2026, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
739
16.03.2021, 18:32
Öz qanunsuz əməlləri ilə dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan vəzifəli şəxslərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan Milli.Az-a bildirilib ki, belə tədbirlərdən biri kimi, Xızı rayonunun inzibati ərazisində fəaliyyət göstərən "Cənnət bağı" Altıağac istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir.
Aparılmış istintaq zamanı Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac "Cənnət Bağı" istirahət mərkəzinin direktoru Əliyev Cahangir Ramiz oğlunun Azərbaycan Respublikasının Altıağac Milli Parkı arasında bağlanmış müqaviləyə əsasən istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsini mühafizəsiz qoymaqla ağacların və ot örtüyünün zədələnməsinə səbəb olmasına, 2039 ədəd müxtəlif növdə ağacları, kolları və digər yaşıllıqları qanunsuz olaraq kəsməsinə, habelə müxtəlif tikinti və qazıntı işləri aparmaqla torpağın münbit qatını qəsdən korlayaraq, bununla da təbiətə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə ümumilikdə 63 min manat məbləğində mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilən qanunsuz hərəkətləri ilə o, Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədilməklə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi üzrə ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.
11:55 / 13 Noyabr 2026
12
11:45 / 13 Noyabr 2026
22
11:40 / 13 Noyabr 2026
42
11:21 / 13 Noyabr 2026
151
11:15 / 13 Noyabr 2026
61
11:12 / 13 Noyabr 2026
70
11:00 / 13 Noyabr 2026
65
10:50 / 13 Noyabr 2026
65
10:45 / 13 Noyabr 2026
67
10:39 / 13 Noyabr 2026
76
10:25 / 13 Noyabr 2026
92
10:22 / 13 Noyabr 2026
107
10:20 / 13 Noyabr 2026
80
10:08 / 13 Noyabr 2026
347
10:02 / 13 Noyabr 2026
85
09:51 / 13 Noyabr 2026
159
09:46 / 13 Noyabr 2026
1106
09:44 / 13 Noyabr 2026
142
09:38 / 13 Noyabr 2026
112
09:34 / 13 Noyabr 2026
160
09:33 / 13 Noyabr 2026
91
09:31 / 13 Noyabr 2026
104
01:52 / 13 Noyabr 2026
303
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.