Qaynar xətt:

(+99450) 247 90 86

Həkimdən xəbərdarlıq: Bu dəfə yoluxma sayındakı “zirvə”ni görəcəyik - VİDEO

Həkimdən xəbərdarlıq: Bu dəfə yoluxma sayındakı “zirvə”ni görəcəyik - VİDEO

CƏMİYYƏT

2492

14.03.2021, 21:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkədə koronavirusa yoluxma yenidən artacaq və biz yenə gündəlik yoluxma sayındakı o "zirvə"ni görəcəyik. 

Oxu24.com xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə müsahibəsində həkim Vasif İsmayıl deyib. O bildirib ki, üçüncü dalğa ikinci dalğadan güclü olmayacaq:

"Epidemiyanın birinci dalğası zəif, ikincisi isə şiddətli oldu. Növbəti, yəni üçüncü dalğa ikincidən güclü olmasa da, birincidən daha şiddətli olacağını proqnozılaşdırmaq olar". 

Həkim onu da qeyd edib ki, virusun yayılması dalğavari olduğu üçün onun hansı ərazidə şiddətli yayılacağını əvvəlcədən proqnozlaşdırmaq mümkündür:
"Epidemiyanın qarşısını almaq üçün hamı təcrid olunmalı, yaxın ailə üzvləri ilə belə görüşülməməlidir. Bu isə mümkün deyil, çünki sosial məsafəni belə hər kəslə saxlamırıq və təmas hər zaman olur. Buna görə, özünüzü qorusanız belə, yoluxacaqsınız. 
Ümümilikdə isə epidemiyanın yayılması dalğalarla olur və bu dalğaların formulu 100 illərdir hesablanır. Bu səbəbdən mütəxəssislər hansı ölkədə və bölgədə xəstəliyin artacağını əvvəlcədən proqnozlaşdıra bilirlər".