Sabahın havası AÇIQLANDI
13 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5700
14.03.2021, 00:08
Qoç-Səhhətiizə fikir verin. Həkimin qoyduğu diaqnoza əhəmiyyətsiz yanaşmayın. Lazım olan müalicəni davam etdirməyiz zəruridir. Yerdə qalan işlərin öhdəsindən gələ biləcəksiniz.
Buğa Pulu çox sevirsiniz. Məqsədinizə çatmaq üçün yaxın ətrafayalan deməkdən çəkinmirsiniz. Nəzərə alın ki, belə münasibətlərin bir ağır nəticəsi danılmazdır. Yaxşı olar ki, ailədə səmimiyyətəə üstünlük verəsiniz.
Əkizlər-Bəziləri sizin saman altdan su yertidiyinizi deyir. Onların ağzını yummaq üçün dedi-qoduya fikir vermədən irəliyə addımlayın. Karyera inkişafınız barədə düşünün. Çətinliklər olsa da, irəli getmək öz əlinizdədir.
Xərçəng-Uğurlu gündür. Üzərinizə düşən bütün işlərin öhdəsindən gələcəksiniz. Yaxın ətrafla səmimi olacaqsınız. Ailədə problem olacağı gözlənilmir
Şir -Hamının diqqətini çəkmək istəyirsiniz. Amma yaxşı olar ki, gözə girməkdənsə konkret işlə məşğul olasınız. Ünsiyyətdə olarkən ağzınızdan çıxan kəlmələrə diqqət yetirin. Sizin öz ifadələrinizdən özünüzə qarşı istifadə edilə bilər.
Qız Yeni gəlir mənbələrinin axtarışındasınız. Aza qane olmağı bacarmırsınız. Ulduzlar hərəkətə keçməzdən əvvəl yaxşı düşünməyi, planlı şəkildə işləməyi məsləhət görür. Bunları bacarmırsınızsa, aza qane olun.
Tərəzi Mütaliə etmək, kinoya getmək parkda gəzmək üçün əlverişli gündür. Bir sözlə, ulduzlar sizi bu gününüzü mədəni istirahətə həsr etməyi təklif edir. Bu gün uşaqlarla daha yaxşı dil tapacaqsınız.
Əqrəb-Sevdiyiniz şəxsə qarşı diqqətcil olun. Son zamanlar aranızda çox soyuq münasibətlər yaşanır. Münasibətlərin getdikcə kəskinləşməsinə imkan verməyin.
Oxatan- Bürcün ailəli nümayəndələri övladlarına qayğı ilə yanaşmalıdırlar. Son zamanlar başları öz problemlərinin həllinə qarışdığından ailə-məişət problemlərinin yaşanacağı da istisna deyil. Qarşınızda olan məsələləri sürətlə həlli etməyi bacaracaqsınız.
Oğlaq= Uzaq səfərlər arzuedilməzdir. Səhhətinizə fikir verin. Ancaq ulduzlar havanızı dəyişmək, üzərinizdəki sterssi atmaq üçün qısa səyahətin yerinə düşdüyünü bildirir. Alış-veriş üçün də münasib gündür.
Dolça -Iş yoldaşlarınızla aranızda anlaşılmazlıq yaşana bilər. Bu, rəhbərliyin gözündən yayınmayacaq. Hikkəli olmayın. Hadisələrin inkişafına müdaxilə etməyin. Özünüzü haqlı saya bilərsiniz, ancaq bunun başqaları tərəfindən qəbul edilməsi vaxt aparacaq.
Balıqlar
Günün xəbərləri xoş olacaq. Son zamanlar ürəyiniz istəyən əşyaları satın alırsınız. Bu minvalla topladığınız pul bu dəfə də işinizə yarayacaq. Ətrafdakılar sizi xəsislikdə ittiham edə bilər.
13:05 / 13 Noyabr 2026
10
12:57 / 13 Noyabr 2026
36
12:45 / 13 Noyabr 2026
58
12:32 / 13 Noyabr 2026
65
12:20 / 13 Noyabr 2026
57
12:17 / 13 Noyabr 2026
57
12:08 / 13 Noyabr 2026
377
11:55 / 13 Noyabr 2026
82
11:45 / 13 Noyabr 2026
143
11:40 / 13 Noyabr 2026
83
11:21 / 13 Noyabr 2026
270
11:15 / 13 Noyabr 2026
93
11:12 / 13 Noyabr 2026
164
11:00 / 13 Noyabr 2026
95
10:50 / 13 Noyabr 2026
90
10:45 / 13 Noyabr 2026
133
10:39 / 13 Noyabr 2026
109
10:25 / 13 Noyabr 2026
109
10:22 / 13 Noyabr 2026
207
10:20 / 13 Noyabr 2026
95
10:08 / 13 Noyabr 2026
441
10:02 / 13 Noyabr 2026
102
09:51 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.