Tibbi maskalardan təkrar istifadə yoluxma sayını artırır
Oxu24.com REAL TV-yə istinadən bildirir ki, Dünən Azərbaycanda 576 koronavirusa nəfər yoluxub, 6 nəfər infeksiyanın qurbanı olub.
Ümumiyyətlə son zamanlar ölkədə infeksiyaya yoluxma sayında artım müşahidə olunmaqdadır. Mart ayının əvvəlindən başlayaraq gündəlik yoluxma sayı təqribən 400-450 arası təşkil edir.
Bəs nədir bu yoluxma sayında artımın səbəbi?
TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri həkim infeksionist Vasif Əliyev bildirir ki, hər bir qapanmalardan sonra azalma müşahidə olunur, yumşaldılmalara gedildikdən müəyyən müddət sonra isə Covid-19-a yoluxanların sayında artım müşahidə olunur. Əgər insanlar təmas sırasında qoruyucu vasitələrdən düzgün istifadə etmirlərsə rəqəmlərdə müşahidə olunan bu artım da gözləniləndir.
Vasif Əliyev bildirdi ki, yararsız maska təkrar istifadə olunduğu zaman o insanın tənəffüs almasında da çətinlik yaradır, eyni zamanda maskanın xarici tərəfi virusla örtülü olur və əl təması vasitəsilə insan asanlıqla infeksiyaya yoluxur.
Qeyd edək ki, bəzi insanlar parça maskalardan istifadə edir, lakin Vasif Əliyev bildirir ki, insanların bu maskalardan istifadəsi tövsiyyə edilmir. Çünki onun hər hansı qoruyucu funksiyası yoxdur.
Artıq bir ildən çoxdur ki, təkcə Azərbaycan deyil bütün dünya ölklələri COVID-19 infeksiyası ilə mübarizə aparır. Və son bir ildə dəyişməyən qaydalar var ki, bu da virusdan qorunma yollarıdır.
Bu qaydalara xüsusilə qarşıdan gələn bayram günlərində əməl edilməsi olduqca vacibdir və hətta yaxşı olardı ki, hər bir insan bayram günlərini öz evlərində keçirsinlər. Baxmayaraq ki, ölkəmizdə artıq yanvarın 18-dən etibarən koronavirusa qarşı vaksinasiya prosesinə start verilib, lakin hələdə COVID-19 problemi həll edilmədiyindən ara məsafəsinin qorunması, tibbi maskalardan və dezinfeksiyaedici maddələrdən istifadə qızıl qayda olaraq qalmalıdır.
Oxu24.com
ŞƏRHLƏR