Qaynar xətt:

(+99450) 247 90 86

Karantinin sərtləşməsini istəmiriksə, bunu etməliyik – Həkimdən açıqlama

Karantinin sərtləşməsini istəmiriksə, bunu etməliyik – Həkimdən açıqlama

CƏMİYYƏT

1420

11.03.2021, 19:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yoluxma labüddür, ümumiyyətlə hər ilin mart ayında digər virus infeksiyalarının da kəskinləşdiyini müşahidə etmək mümkündür.

Oxu24.com xəbər verir ki, bunu açıqlamasında həkim-infeksionist Azər Nağıyev bildirib.

Onun sözlərinə görə, hava temperaturunun və buna uyğun olaraq da insanların geyimlərini tez-tez dəyişməsi xəstələnməyə şərait yaradır:

"Qarşıdan gələn Novruz bayramında qonaq getmək ənənəsinə uymaqla yanaşı, karantin qaydalarına da riayət etsələr, yoluxmanın sayında kəskin artım müşahidə olunmaz. Məsuliyyət hissimizi itirməməli, sosial məsafəni qorumalı və tibbi maskadan istifadə etməliyik. Əks halda, virusa yoluxma halları arta bilər. Yoluxma sayında artma davam edərsə, məhdudiyyətlər də artacaq”.

Həkim qeyd edib ki, bu durumda maarifləndirmə işləri çox önəmlidir.