Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...
13 Noyabr 2026, 18:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2977
28.02.2021, 21:39
Müasir insanın ürəyi stress, həyat şəraiti və zərərli qidalanmadan 30 yaşdan sonra artıq zəifləməyə və qocalmağa doğru gedir.
Oxu24.com zəif ürəyin 5 səbəbini təqdim edir.
Birinci geniş yayılmış səbəb - müntəzəm olaraq təzyiqin qalxması və 140/90və daha yüksək qalmasıdır. 50 yaşdan yuxarı hər 3 şəxsdən biri hipertonikdir. Çox adam isə gün ərzində təzyiqinin neçə olmasını bilmir. 140 təzyiq zamanı insan özünü normal hiss etsə də, ürək üçün bu təzyiq yükdür və onu sıradan çıxarır. Yüksək təzyiqlə barışmaq və onunla mübarizə aparmamaq gələcəkdə insult və infarktla üz-üzə qalmaqdır.
İkinci səbəb - miokardın infarktı. Koronar arteriyaların trombozu infarktın əsas səbəbidir. Hazırda kardioloji əməliyyatlarla infakrkta gəlib çatmadan damarların açılması, şuntlanması və stendlənməsi xəstələri xilas edir və ayağa qaldırır. Ona görə də 45 yaşdan sonra ürək damarları 2-3 ildən bir yoxlanmalıdır. Yüksək xolesterin və təzyiq bu damarları tutur.
Üçüncü səbəb - ürəyin əzələsinin virus zədələnməsi: miokardit. İstənilən virusdan - qrip, respirator, indiki halda koronavirus, herpes və s.-dən ürək zədələnə bilər. Ona görə də qrip və xəstəliklər zamanı yataq rejiminə əməl etməli, çox gəzmək, işləməj, idman etmək olmaz. Hər qripdən sonra mütlər ürəyi EKQ etdirmək lazımdır.
Dördüncü səbəb - klapanların revmatizm, müxtəlif bakterial infeksiyalardan və stenozdan zədələnməsi. Bunun qarşısını almaq üçün revmatizm zamanı ürəyi diqqətdə saxlamaq, kardioloq müalicəsini almalı, ürəyi daim müayinə və müalicə etdirmək lazımdır.
Beşinci səbəb - Ürəyin toksiki zədələnməsi, yəni zəhərlənməsi. Bu içkidən və müxtəlif dərmanlardan ola bilir. Uzun müddət içki içənlərdə ürək əzələsi qocalır, ürək ölçüsü böyüyür, kardiomiopatiya baş verir.
Bu problemlər zamanla gizli gedə, heç bir əlamət verməyə bilər. Ürəyiniz hələ normal ikən, onu vaxtında yoxladıb, müalicə etdirməlisiz. /medicina.az
18:04 / 13 Noyabr 2026
39
17:59 / 13 Noyabr 2026
43
17:46 / 13 Noyabr 2026
61
17:30 / 13 Noyabr 2026
55
17:18 / 13 Noyabr 2026
53
17:13 / 13 Noyabr 2026
204
17:07 / 13 Noyabr 2026
65
16:59 / 13 Noyabr 2026
71
16:51 / 13 Noyabr 2026
93
16:37 / 13 Noyabr 2026
119
16:29 / 13 Noyabr 2026
93
16:08 / 13 Noyabr 2026
227
16:00 / 13 Noyabr 2026
99
15:42 / 13 Noyabr 2026
357
15:37 / 13 Noyabr 2026
106
15:30 / 13 Noyabr 2026
106
15:01 / 13 Noyabr 2026
135
14:59 / 13 Noyabr 2026
278
14:50 / 13 Noyabr 2026
154
14:46 / 13 Noyabr 2026
122
14:33 / 13 Noyabr 2026
131
14:24 / 13 Noyabr 2026
641
14:17 / 13 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.