Noyabrda sosial müavinət gözləyənlərə RƏSMİ XƏBƏR
13 Noyabr 2026, 19:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1603
25.02.2021, 23:07
ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam etdirir.
Oxu24.com-un xəbərinə görə, qurumun 3 Daimi Komitəsinin bu gün keçirilən birgə iclası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.
1. Quliyev bildirib ki, sabah Azərbaycan xalqı dərin hüzn və kədərlə bu faciəli hadisənin 29-cu ildönümünü qeyd edəcək.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri qeyd edib ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən biri olan Xocalıda qırğın törədib: “Bu dəhşətli soyqırımı aktı nəticəsində, yalnız etnik mənşəyinə görə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla ümumilikdə 613 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib.
Bu günə qədər 16 dövlət və 22 ABŞ ştatı Ermənistanın törətdiyi bu vəhşiliyi soyqırımı aktı kimi tanıyır və bu rəqəm ilbəil artmaqdadır”.
ATƏT PA-nın vitse-prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Baş Prokurorluğu bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün bütün lazımi sübut və dəlilləri toplayıb, lakin təəssüf ki, beynəlxalq dəstəyin olmaması səbəbindən bu şəxslər cəzasız qalmaqla yanaşı, həm də yaxın keçmişə kimi Ermənistanda yüksək dövlət vəzifələrini tutublar.
Yekunda A. Quliyev ayrı-ayrı ölkələri, ATƏT-i və digər müvafiq beynəlxalq qurumları bu soyqırımı aktını pisləməyə və bu cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq və ortaq dəyərlərimiz naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırıb.
Amerika Birləşmiş Ştatlarının ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri senator Benjamin Kardinin ATƏT-in Minsk Qrupunun gələcək işinin mümkün istiqamətlərinə dair sualına cavab olaraq A. Quliyev bildirib ki, həmsədrlərin fəaliyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sülh, sabitlik və əməkdaşlıq vizyonunun həyata keçirilməsinə yönəldilməlidir: “Həmsədrlər beynəlxalq ictimaiyyətin münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə yardım və dəstəyini səfərbər etməlidirlər”.
19:58 / 13 Noyabr 2026
27
19:53 / 13 Noyabr 2026
105
19:41 / 13 Noyabr 2026
61
19:38 / 13 Noyabr 2026
325
19:35 / 13 Noyabr 2026
58
19:30 / 13 Noyabr 2026
169
19:28 / 13 Noyabr 2026
52
19:23 / 13 Noyabr 2026
64
19:05 / 13 Noyabr 2026
68
18:59 / 13 Noyabr 2026
77
18:59 / 13 Noyabr 2026
84
18:50 / 13 Noyabr 2026
84
18:38 / 13 Noyabr 2026
100
18:31 / 13 Noyabr 2026
85
18:26 / 13 Noyabr 2026
89
18:15 / 13 Noyabr 2026
101
18:04 / 13 Noyabr 2026
332
17:59 / 13 Noyabr 2026
109
17:46 / 13 Noyabr 2026
114
17:30 / 13 Noyabr 2026
105
17:18 / 13 Noyabr 2026
99
17:13 / 13 Noyabr 2026
330
17:07 / 13 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.