Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı videoçarx paylaşılıb
10 May 2026, 00:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
705
19.05.2020, 23:59
“Ölkədə tətbiq edilən karantin qaydalarının nisbətən yumşaldılmasından sonra virusa yoluxanların sayının artması, ikinci dalğanın yarana biləcəyi ehtimalını yüksəldir”.
Oxu24.com xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, qaydaların yumşaldılması insanlarda arxayınlıq yaratmamlıdır:
“Son günlər virusa yoluxanların sayında artımın yaşanması ikinci dalğa deməkdir. Belə davam edərsə, yoluxmanın daha da artacağı ehtimalı yüksəkdir. Bunun da səbəbi insanların koronavirusu ciddiyə almaması, qaydalara əməl etməməsidir. Düzdür, dövlət tərəfindən müəyyən qədər qaydalar yumşaldılıb, bu, insanlarada arxayınlıq yaratmamlıdır. Əksinə, vətəndaşlar indiki məqamda daha da diqqətli olmalıdır”.
Professor rayonlarda yoluxma sayınının artdığını bildirib:
Həmçinin oxuyun
“İlkin mərhələdə bəzi rayonlarda yoluxma ümumiyyətlə qeydə alınmadı, bu da karantin tədbirlərinin hesabına baş verdi. Lakin son məlumatlara görə, artıq əksər rayonlarda yoluxma sayında artım var. İndiki məqamda virusun rayonlarda yayılma ehtimalı daha çoxdur. Bu baxımdan təkcə Bakı əhalisi deyil, rayonda da qaydalara maksimum şəkildə əməl olunmalıdır”.
A.Qeybulla yeni növ koronavirusa qarşı maska taxmağın vacib olduğunu bildirib:
“Çox təəssüf ki, edilən xəbərdarlığa baxmayaraq, küçədə insanların maskasız şəkildə gəzdiyinə şahid oluruq. İnsanlar çox laqeyd yanaşır, təhlükənin fərqinə varmırlar. Amma başa düşmək lazımdır ki, bir nəfər xəstə olan şəxs yanından ötüb keçən hər bir kəsi yoluxdura bilər. Hamıda vətəndaş məsuliyyəti olmalıdır. Bunun qarşısını almaq üçün iki yol var. Ya karantin qaydalarını pozan, maskasız gəzən şəxslər cərimələnsin, ya da karantin qaydaları daha da sərtləşsin. Əksi halda vəziyyət nəzarətdən çıxa bilər”.
00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.