Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI
18 Noyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1590
19.05.2020, 21:43
"Bayram namazı may ayının 24-də qılınmalıdır. Bu namazın camaatla qılınması daha savabdır. Amma bu mümkün deyilsə, insanlar onu evdə fərdi şəkildə qıla bilərlər. Namazın vaxtı gün çıxandan günorta cağına (12:30-a) qədərdi".
Oxu24.com bildirir ki, bunu News24.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycanda karantin rejimi yumşaldılsa da, müəyyən kütləvi tədbirlərin keçirilməsi hələ də qadağandır: "Əgər o vaxta qədər karantin rejimində ciddi dəyişiklik olarsa, Qafqaz Müsəlmanları İdarəsi bu barədə insanlara məlumat verəcək".
Hacı Şahin bildirib ki, bayram namazı iki rükət qılınır: "Birinci rükətdə "Həmd" və surədən sonra 5 dəfə, ikinci rükətdən sonra isə "Həmd" və surədən sonra 4 dəfə qunut tutulur. Yəni bu sadə bir namazdır".
Din xadimi Ramazanda ən vacib buyurulan əməldən danışıb: "Fitrə zəkatı bayram gününün yeganə vacib əməlidir. İnsan fitrə zəkatı vermirsə, günah hesab olunur. Fitrə zəkatının verilməməsi insanın orucunun qəbul olunmasını da əngəlləyir. Fitrə zəkatını yalnız imkanı olanlar verməlidir. İmkanı olan insanlar dedikdə, gündəlik maddi ehtiyaclarını qarşılaya bilənlər nəzərdə tutulur. Fitrə zəkatı 3 kq arpa, buğda, kişmiş, düyü, xurma və s.ərzaq növlərinin məbləği qədər olmalıdır. Həmin məbləği pulla da ödəmək olar. Bazar qiyməti ilə bunu tənzimləmək lazımdır, ərzaq qiymətlərini öyrənmək olar. Ailələrin hər bir üzvünün adından 3 kq ərzaq məbləğində vəsait ayrılır. Qafqaz Müsəlmanları İdarəsi bu məbləği təxminən 10-15 manat təyin edib. Amma bundan az da ola bilər. Sadəcə, imkanı çatanlar daha yüksək məbləğdə fitrə zəkatı ayırsınlar. Fitrə zəkatını insanlar özləri ödəyir, ona görə də burda hansısa maddi maraqdan söhbət getmir. İndiki pandemiya dövründə tövsiyəmiz odur ki, imkanı çatanlar daha yüksək məbləğdə fitrə zəkatı ayırsınlar".
Hacı Şahin bildirib ki, fitrə zəkatı Ramazan bayramına keçən gecə çıxarılır:"Tutaq ki, 24-ü bayramdı, 23-ü gecədən fitrə ayrılır və bayram namazının vaxtına qədər ehtiyacı olana çatdırılır. Təxminən saat 08:00-a qədər. Əgər çadırmaq imkan olmasa, bunu günü ərzində edə bilər".
İlahiyyatçı fitrə zəkatlarının yığılaraq hər hansı şəxs tərəfindən ödənilməsi məsələsinə də münasibət bildirib: "Bu, o şərtlə düzgündür ki, inandığı şəxs olsun. Bu zaman zəkatın ehtiyacı olan insanlara paylanmasına razılaşmaq olar".
22:11 / 18 Noyabr 2026
13
21:55 / 18 Noyabr 2026
40
21:53 / 18 Noyabr 2026
83
21:40 / 18 Noyabr 2026
69
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
72
21:09 / 18 Noyabr 2026
75
21:03 / 18 Noyabr 2026
98
20:53 / 18 Noyabr 2026
104
20:50 / 18 Noyabr 2026
88
20:45 / 18 Noyabr 2026
234
20:42 / 18 Noyabr 2026
116
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
104
20:28 / 18 Noyabr 2026
97
20:19 / 18 Noyabr 2026
599
20:05 / 18 Noyabr 2026
131
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.