Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI
18 Noyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
721
19.05.2020, 11:55
Son beş ildə ölkəmizdə bütün hakimiyyət qollarında ən yüksək vəzifəli şəxslər də daxil olmaqla, köklü kadr dəyişiklikləri həyata keçirilib. Bu, dövlət sirlərinin etibarlı qorunması və milli təhlükəsizliyə aid edilən məlumatların yayılmamasını yenidən bir nömrəli məsələyə çevirir. Əlbəttə, biz hamımız keçmiş MTN və onun r yüksək rütbəli cinayətkar rəhbərliyinin dövlət mənafelərinə, millətimizin qanuni haqlarına necə zərbə vurduqlarını yaxşı bilirik. Bununla belə sirləri təkcə təhülkəsizlik orqanları qorumalı deyil.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Deputat fikrini davam etdirərək bildirib ki, indi artıq istefada olan və mühüm dövləti məlumatlara bir vaxtlar çıxış səlahiyyəti qazanan adamların hazırki məsuliyyətindən bəhs etmək daha önəmlidir: “Dərin təhlillər göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi və milli təhlükəsiziyinə aid olan, eləcə də dövlətin elitasında təmsil olunan şəxsləri daimi gərginlik, özünümüdafiə və şantaj hədəfində saxlamağa xidmət edən məlumatlar açıq informasiya məkanına çıxarılmaqda davam edir. Hakimiyyətə düşmən kəsilən qüvvələrin çıxışlarında, yaxud adi bloger yazılarında kod altında olan məlumatların izi açıqca görünür. Bunlar cinayət əməlləridir. Dövlət idarəçiliyi informasiya daşıyıcılarından ən azı 25-30 il dövlət mənafelərini qorumağa dair imzaladıqları sənədlərə sadiqliyi tələb edir -istər vəzifədə ol, istərsə də olma. Doğrudur, müasir dünyada dövlət sirlərinin qorunması həddindən artıq çətinləşib. Xüsusilə "Wikileaks" hadisəsi göstərdi ki, BMT rəhbərini, yaxud Almaniya kanslerini və yüzlərlə birinci siyasi-hərbi şəxsləri hər addımda izləməyi qarşısına məqsəd qoyan ABŞ elitası, o vaxtlar dövlət katibi, xanım Klintonun özü məxfi məlumatların kütləvi yayılması fonunda böyük zərbə aldı”.
Z. Oruca görə, müasir kommunikasiya vasitələrinin ən yüksək səviyyəyə çatması fonunda belə dövlət sirləri qorumadan milli mənafeləri təmin etmək mümkün deyil: “Bəli, biz hamımız yaxşı başa düşürük ki, ölkəmiz müxtəlif kəşfiyyat və cəsus qrupların hədəfindədir. Bununla belə, bəzən adi ictimai mərasimlərdə, məhəlli söhbətlərdə sabiq vəzifə adamlarının dövlətlərrası danışıq və görüşlərə, ölkə rəhbərinin müxtəlif siyasi plan və strategiyalarına dair qapalı söhbətlərinin necə ictimailəşdirdiyini görürsən. Bəs sabah o kateqoriyalı şifrəli məlumatlar Silahlı Qüvvələrimiz, hərbi resurslarımız, taktiki planlarımız və ya dövlətlərarası məxfi razılaşmalar haqda olsa, onda nə edəcəyik. Bir çox ölkələrdə müharibə şəraitinə görə sirlərə çıxış məhdulanıb, sərtləşdirilib, 3 qat əlçatanlıq sistemi tətbiq olunub. Kim düşünürsə ki, indi dünya idarəçiliyi konfidensiallığını itirib və hər şey əlçatandır, şəffafdır, səhv edir, hətta deyərdik ki, məsuliyyətsizcəsinə yanılır. Azərbaycan dövlətinin həyatında baş verən belə taleyüklü dövrdə bütün sabiq vəzifə adamlarına təkrarən məlumatların yayılmamasına dair öhdəlik aktları imzalatdırmaq məqsədəuyğun olardı. İkincisi, "Dövlət sirri haqqında" Qanunun qəbulundan 15 il keçib və onu daha da təkmiləşdirməyə ehtiyac vardır. Üçüncüsü 10 mart tarixində prezident parlamentdən yeni informasiya təhülkəsiziliyi haqqında konsepsiya gözlədiyini bəyan etdi. Təklif edirik ki, qısa müddətdə onu hazırlayıb qəbul etməliyik”.
22:11 / 18 Noyabr 2026
13
21:55 / 18 Noyabr 2026
40
21:53 / 18 Noyabr 2026
83
21:40 / 18 Noyabr 2026
69
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
72
21:09 / 18 Noyabr 2026
75
21:03 / 18 Noyabr 2026
98
20:53 / 18 Noyabr 2026
104
20:50 / 18 Noyabr 2026
88
20:45 / 18 Noyabr 2026
234
20:42 / 18 Noyabr 2026
116
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
104
20:28 / 18 Noyabr 2026
97
20:19 / 18 Noyabr 2026
599
20:05 / 18 Noyabr 2026
131
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.