Bu şəxslərin DİQQƏTİNƏ! - İnfarkt riski daşıyırlar
09 May 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
512
19.05.2020, 09:46
Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.
Bununla bağlı Baş Nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb.
Qərarla müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir:
- yükdaşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması;
- xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
- bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması;
- “ASAN xidmət” və DOST mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması;
- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
Həmçinin oxuyun
- qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması;
- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
- istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
- nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıması;
- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;
- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;
- idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
- masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.
Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.
22:56 / 09 May 2026
20
22:42 / 09 May 2026
22
22:10 / 09 May 2026
43
21:38 / 09 May 2026
56
21:22 / 09 May 2026
52
21:02 / 09 May 2026
63
20:41 / 09 May 2026
56
20:21 / 09 May 2026
60
20:08 / 09 May 2026
74
19:47 / 09 May 2026
64
19:35 / 09 May 2026
79
19:22 / 09 May 2026
72
18:44 / 09 May 2026
76
18:26 / 09 May 2026
78
18:12 / 09 May 2026
119
18:01 / 09 May 2026
99
17:39 / 09 May 2026
79
17:34 / 09 May 2026
250
17:26 / 09 May 2026
83
17:20 / 09 May 2026
83
17:00 / 09 May 2026
102
16:52 / 09 May 2026
193
14:12 / 09 May 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.