Bu rayonda iki saat işıq olmayacaq
18 Fevral 2026, 09:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
987
18.05.2020, 22:24
Kürdəmirdə ilanlar kənd sakinlərinin kabusuna çevrilib.
“Report”un Yuxarı Şirvan burosu xəbər verir ki, rayonun Mürtülü kəndində günün işıqlı vaxtlarında çoxlu sayda ilanın 10-a yaxın ailənin həyətlərində və evlərində peyda olması onlarda ciddi şəkildə narahatlıq yaradıb.
Kənd camaatının sözlərinə görə, bu vəziyyət artıq necə ildir ki, davam edir və əsasən yaz yay aylarında ilanlar kütləvi şəkildə evlərə hücum edir.
Bu evlərdə xeyli sayda azyaşlı uşaq yaşayır.
Sakinlər mövcud vəziyyətlə bağlı əlaqədar təşkilatlara dəfələrlə məlumat versələr də bu günə qədər bununla bağlı heç bir tədbir görülməyib. İlanlar gün ərzində bəzi evlərin tavan hissəsindən, bəzi evlərin isə zirzəmi hissəsindən evlərə daxil olmağa çalışırlar.
Kənd sakini, 4 uşaq atası Mehman Cəbrayılov deyir ki, bir otaq və bir balkonu olan evdə 8 nəfər ailə üzvü ilə birlikdə yaşayır və işsizdir: “Hər gün həyətdə və evdə 5-6 ilan tutub öldürsək də, onların sayı azalmır. Gün ərzində müxtəlif növ ilanlar evə hücum çəkir. Biz isə yalnız uşaqları qorumağa çalışırıq və artıq yorulmuşuq”.
Həmçinin oxuyun
Kəndin sakini Rövşən Rəsulov isə deyir ki, həmin ilanlardan biri anası Elmira Rəsulovanı sancıb: “Bundan sonra anam Bakıya köçüb orda kirayə yaşamağa başladı”.
Hazırda kənddə 10-a yaxın evin sakinləri əlaqədar təşkilatlardan kömək gözləyirlər.
09:00 / 18 Fevral 2026
41
08:58 / 18 Fevral 2026
20
02:13 / 18 Fevral 2026
110
23:51 / 17 Fevral 2026
181
23:36 / 17 Fevral 2026
230
23:30 / 17 Fevral 2026
191
23:13 / 17 Fevral 2026
85
23:10 / 17 Fevral 2026
125
23:10 / 17 Fevral 2026
81
23:03 / 17 Fevral 2026
87
23:00 / 17 Fevral 2026
96
22:56 / 17 Fevral 2026
94
22:52 / 17 Fevral 2026
452
22:39 / 17 Fevral 2026
131
22:13 / 17 Fevral 2026
90
22:09 / 17 Fevral 2026
218
22:01 / 17 Fevral 2026
251
21:57 / 17 Fevral 2026
423
21:55 / 17 Fevral 2026
118
21:54 / 17 Fevral 2026
121
21:50 / 17 Fevral 2026
88
21:41 / 17 Fevral 2026
108
21:29 / 17 Fevral 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.