Ehtiyacınız yoxdursa, bu vitaminləri içməyin - XƏBƏRDARLIQ
09 May 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1070
18.05.2020, 21:00
Bir müddət öncə Samsung, Galaxy A31 adlı yeni smartfonun çıxışını elan etdi. Smartfon öncəki modellərdən nəzərə çarpacaq dərəcədə fərqlənir, belə ki ilk növbədə bu yeni dizayndır. Burada arxa qapaq və yan çərçivələr plastikdən ərsəyə gətirilmiş, korpusun arxa hissəsinin örtüyünə isə nazik şaquli xətlər şəklində naxış əlavə edilmişdir. Sözü gedən arxa panelin qeyri-adi naxışı smartfonun yenilənmiş görünüşünü effektiv şəkildə tamamlayır, belə ki, parlaq mənbələrdən işığı əks etdirərək, səth bir növ spektral "parıltı" saçır. A31 korpusunun sol yan tərəfində 2 SIM-kart və microSD üçün ayrıca nəzərdə tutulmuş slot, sağda isə - yanıb/sönmə düyməsi və səs səviyyəsinin tənzimləyicisi yerləşdirilib. Həmçinin, smartfon USB Type-C yuvası və ənənəvi 3.5 mm ölçülü qulaqcıq oyuğu ilə təchiz edilib.
Galaxy A31-in ön panelində 1080 × 2400 piksel icazəli 6.4 "FHD + Super AMOLED displey yerləşdirilib. Sözü gedən bu ekranda, görüntü ötürülməsini özünüzə uyğun tənzimləyə bilərsininz. Belə ki, tam rəng əhatəli və yüksək təzadlı "Dolğun rənglər" rejimindən və ya daha təbii və "sakit" ötürmə rejimi olan "Təbii rənglər" arasında seçim edə bilərsiniz. Həmçinin, sərhədsiz İnfinity - U displeyində, damlavari oyuq daxilində "Selfi focus" rejimini dəstəkləyən, F2.2 işıq güclü, 20 MP frontal kamera yerləşdirilmişdir. Əlavə olaraq ekran üzərində həm də yüksək texnoloji barmaq izi skaneri də qurraşdırılmışdır. Sözü gedən bu optik biometrik identifikasiya cəld və dəqiq işləyir
Həmçinin oxuyun

21:38 / 09 May 2026
4
21:22 / 09 May 2026
30
21:02 / 09 May 2026
44
20:41 / 09 May 2026
43
20:21 / 09 May 2026
50
20:08 / 09 May 2026
65
19:47 / 09 May 2026
52
19:35 / 09 May 2026
72
19:22 / 09 May 2026
68
18:44 / 09 May 2026
72
18:26 / 09 May 2026
73
18:12 / 09 May 2026
108
18:01 / 09 May 2026
92
17:39 / 09 May 2026
74
17:34 / 09 May 2026
238
17:26 / 09 May 2026
80
17:20 / 09 May 2026
80
17:00 / 09 May 2026
95
16:52 / 09 May 2026
187
14:12 / 09 May 2026
120
12:41 / 09 May 2026
99
11:50 / 09 May 2026
341
11:45 / 09 May 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.