Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI
18 Noyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1223
18.05.2020, 18:00
Yeniyetməni döyən qızın anasının həbsdən gələn hıçqırıq səsləri...
Şüphəli qismində saxlanan qızlar əməllərini etiraf etmiş və peşman olduqlarını bildirmişdilər.
Necə ki, o qızlardan birinin anası 2015-ci ildə məhkumlar haqqında hazırlanan verlişdə həbsxanadan səsləndirmişdi bu ifadələri: “peşmanam”.
Women.az-ın YPX.AZ-a istinadən əldə etdiyi məlumatlara görə, saxlanılan şəxslərdən İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimlinin anası Gülviyyə Əzimli insan alverinə görə həbs olunub, hal hazırda həbsdədir və məhkumluq həyatı yaşayır.
Hələ 2015-ci ildə anasını görmək üçün həbsxanada onu ziyarət edən Ə.Yeganəyə “Qadın necə olmalıdır sualına” o zamanlar 12 yaşlarında olan Yeganə ağlayaraq cavab vermişdi.
İndi isə o qız böyüyüb, 18 yaşı var və ya olacaq. Ancaq indi Yeganə kimisə təhqir edir, alçaldır, döyür və bütün bunları video qeydə alaraq “instagram” sosial şəbəkəsində paylaşır. Bir sözlə xuliqanlıq edən bu qız, haqqını tələb etmək üçün polisə də gərək duymadığını bildirərək bunu özü edə biləcəyini deyir. Yekunda isə o, qrup halında hərəkət edtiyi qızlarla şüphəli şəxs qismində saxlanılır və haqqında Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılır.
Ə.Yeganə paylaşdığı videoların birində bu əməli anası təhqir edildiyi üçün etdiyini deyib.
Aydın məsələdir ki, anası ilə bağlı hər məsələ Yeganə üçün çox həssadır. Ancaq o, anasının illərdir hansısa əmələ görə həbsxanada cəza çəkməsini, ağlayaraq peşmanam deməsini nəzərə almalı idi. Bir daha vurğulayırıq ki, biz hüquqi dövlətdə yaşayırıq və 18 yaşlarında olan Yeganə hansısa bir şikayətlə hüquq mühafizə orqanlarına yaxınlaşsa bu məsələ öz həllini tapacaqdı.
Amma təəssüflər olsun ki, Yeganə qanunazidd əməl tutmağı daha üstün bilib və hazırda onun haqqında cinayət işi gedir.
22:11 / 18 Noyabr 2026
13
21:55 / 18 Noyabr 2026
40
21:53 / 18 Noyabr 2026
83
21:40 / 18 Noyabr 2026
69
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
72
21:09 / 18 Noyabr 2026
75
21:03 / 18 Noyabr 2026
98
20:53 / 18 Noyabr 2026
104
20:50 / 18 Noyabr 2026
88
20:45 / 18 Noyabr 2026
234
20:42 / 18 Noyabr 2026
116
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
104
20:28 / 18 Noyabr 2026
97
20:19 / 18 Noyabr 2026
599
20:05 / 18 Noyabr 2026
131
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.