Ehtiyacınız yoxdursa, bu vitaminləri içməyin - XƏBƏRDARLIQ
09 May 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
537
18.05.2020, 16:51
Ləğv edilmiş "RoyalBank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq tamamlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, istintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün "RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8,5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7,3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Həmçinin oxuyun
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 24 iyun 2019-cu ildə Azərbaycan ərazisinə qayıdarkən tutulmuş, Əli Cam isə 6 iyul 2019-cu il tarixdə ölkəmizə ekstradisiya olunmuşdur. Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
21:38 / 09 May 2026
4
21:22 / 09 May 2026
30
21:02 / 09 May 2026
44
20:41 / 09 May 2026
43
20:21 / 09 May 2026
50
20:08 / 09 May 2026
65
19:47 / 09 May 2026
52
19:35 / 09 May 2026
72
19:22 / 09 May 2026
68
18:44 / 09 May 2026
72
18:26 / 09 May 2026
73
18:12 / 09 May 2026
108
18:01 / 09 May 2026
92
17:39 / 09 May 2026
74
17:34 / 09 May 2026
238
17:26 / 09 May 2026
80
17:20 / 09 May 2026
80
17:00 / 09 May 2026
95
16:52 / 09 May 2026
187
14:12 / 09 May 2026
120
12:41 / 09 May 2026
99
11:50 / 09 May 2026
341
11:45 / 09 May 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.