Qaynar xətt:

(+99450) 247 90 86

Göyçayda kütləvi zəhərlənmə: Ana və 2 azyaşlı övladı xəstəxanaya yerləşdirildi

2020/05/18/1589804174_851268.jpg

CƏMİYYƏT

755

18.05.2020, 16:13

Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun 1-ci Ərəbcəbirli kəndində baş verib. Kənd sakini, Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z.Baxışova mayın 17-də kənd ərazisindəki "Seyidlər" marketdən şirniyyat alıb.

Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə.Baxışovun həyat yoldaşı S.Baxışova, 4 yaşlı qızı Z.Baxışova və 2 yaşlı oğlu Q.Baxışov zəhərləniblər. Həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanada onlara "alimental qastrit" diaqnozu qoyulub.

Xəstələrə ilkin-tibbi yardım göstərildikdən sonra məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.