Bakı-Qazax yolunda faciə
18 Fevral 2026, 02:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
777
18.05.2020, 15:55
"Atam deyirdi ki, məni Laçında dəfn edin”.
Bunu Qaynarinfo-ya açıqlamasında əməkdar artist, mərhum sənətkar Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.
Onun sözlərinə görə, Məhəbbət Kazımov öz vətənində vətənsiz olaraq dünyasını dəyişib:
"Atamın Laçınla bağlı böyük arzuları vardı. İstəyirdi doğulduğu kənddə yaşasın, nəvələrini orada böyütsün. Bütün qarabağlıların bir arzusu var, torpaqlar alınsın, hamı evinə, yurduna qayıtsın. Məhəbbət müəllimin bir vəsiyyəti vardı. Həmişə deyirdi: "Məni Laçında basdırın. Nə vaxt ölsəm, qəbrimi laçına aparın, məni doğulduğum torpaqda dəfn edin”. Allah eləsin, Laçın alınsın, torpaqlarımız qayıtsın... Atamın da dediyi kimi, torpaqlarımız qayıtığı gün mən burada bütün şəraitimi qoyub Laçına qayıdacağam. Atamın vəsiyyətini yerinə yetirəcəyəm. Atamın nəşini qəbirdən çıxarıb Laçına aparacaq, doğulduğu kənddə dəfn edəcəyəm. Bu vəsiyyətdir, gərək əməl edəm”.
Rəşid Kazımov Laçını görmədiyini, ancaq onun xəyalı ilə yaşadığını deyib:
Həmçinin oxuyun
"Təkçə atam deyil, böyüklər də danışanda həsrətlə dinləyərdik. Böyüklər məclislərdə Laçınla bağlı təəssüratlarını bölüşürdülər. Bu, bizi ağrıdır. Məcburi köçkünlərin hamısı Qarabağa qayıtmaq istəyir. Torpaqlar alınsa, 80% əhali yurduna qayıdar. Yetərincə təbliğat gedib, hər kəs oranı görmək istəyir. Atam kimi mənim də ürəyimdən keçən bir arzum var, Laçın alınsın, geri qayıdım. Orda mənim atamın kəndi var”.
Rəşid Kazımov "Laçınım” mahnısında bir fəryad olduğunu vurğulayıb:
"Mahnınn tarixçəsini bilmirəm. Amma bu mahnı Laçın işğal olunandan sonra yazılıb. "Laçınım” mahnısını digər mahnılardan fərqləndirən onun ah-nalə, fəryad üstündə yazılmasıdır. Məhəbbət Kazımov ös səsi ilə fəryad edir. Sanki bu mahnı ilə bütün Qarabağı ağlayır. Bütün Azərbaycan bu mahnını sevdi”.
Rəşid Kazımov həmişə olduğu kimi bu gün də Məhəbbət Kazımovun qəbrini ziyarət etdiyini deyib.
02:13 / 18 Fevral 2026
86
23:51 / 17 Fevral 2026
145
23:36 / 17 Fevral 2026
191
23:30 / 17 Fevral 2026
176
23:13 / 17 Fevral 2026
80
23:10 / 17 Fevral 2026
110
23:10 / 17 Fevral 2026
77
23:03 / 17 Fevral 2026
83
23:00 / 17 Fevral 2026
90
22:56 / 17 Fevral 2026
88
22:52 / 17 Fevral 2026
343
22:39 / 17 Fevral 2026
118
22:13 / 17 Fevral 2026
87
22:09 / 17 Fevral 2026
194
22:01 / 17 Fevral 2026
224
21:57 / 17 Fevral 2026
338
21:55 / 17 Fevral 2026
112
21:54 / 17 Fevral 2026
113
21:50 / 17 Fevral 2026
84
21:41 / 17 Fevral 2026
97
21:29 / 17 Fevral 2026
132
21:23 / 17 Fevral 2026
172
21:20 / 17 Fevral 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.