Sabah 28 dərəcə isti olacaq
09 May 2026, 20:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
550
18.05.2020, 15:53
Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində 18 may tarixindən yaşayış yerini SMS icazə sistemi ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilib.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 5 aprel 2020-ci il tarixindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” fəaliyyət göstərib.
Sistem Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzı və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib. Bu müddətdə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 72 330 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 924 992 icazə faktiki qüvvədə olub.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 36 milyon 184 min SMS göndərilib. SMS-lərin 99 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.
“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” bu müddətdə tam dayanıqlı və təhlükəsiz vəziyyətdə fəaliyyət göstərib.
Həmçinin oxuyun
Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb.
Mərkəzin əməkdaşları tərəfindən, ümumilikdə 500 000-dən çox vətəndaş müraciəti qəbul olunub.
Sistemin tətbiqi ilə bağlı beynəlxalq maraq da olub. Belə ki, Qazaxıstan müvafiq təcrübə əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb.
Eyni zamanda, Rusiyanın bir neçə federal subyektinin tətbiq etdiyi bu sistemlə bağlı Türkiyə və Birləşmiş Ərəb Əmirliyi tərəfindən də Dövlət Agentliyinə sorğular göndərilib.
Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, hər kəsi şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.
20:31 / 09 May 2026
1
20:21 / 09 May 2026
29
20:08 / 09 May 2026
40
19:47 / 09 May 2026
36
19:35 / 09 May 2026
59
19:22 / 09 May 2026
57
18:44 / 09 May 2026
64
18:26 / 09 May 2026
66
18:12 / 09 May 2026
94
18:01 / 09 May 2026
81
17:39 / 09 May 2026
67
17:34 / 09 May 2026
221
17:26 / 09 May 2026
70
17:20 / 09 May 2026
72
17:00 / 09 May 2026
89
16:52 / 09 May 2026
181
14:12 / 09 May 2026
111
12:41 / 09 May 2026
95
11:50 / 09 May 2026
285
11:45 / 09 May 2026
113
11:42 / 09 May 2026
778
11:19 / 09 May 2026
127
11:11 / 09 May 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.