Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
809
04.05.2020, 23:36
Yaşıl mərci lap qədim zamanlardan qida rasionuna daxil olan bitkidir. Qədim Misirdə fironların, Yunanıstan və Babilistanda imperatorların sevimli yeməklərindən biri də mərci idi. Orta əsrlərdə Rusiyada əsas qida növü olan mərci unundan hətta çörək də bişirilirdi. Almaniya, Çin, Hindistan, Cənubi Amerika və Avstraliyada mərci indi də ən sevimli qida hesab edilir.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, yaşıl mərci antik dövrlərdən bəri dərman bitkisi kimi də məşhurdur. Qədim loğmanlar deyərmişlər ki, qidası mərcimək olanlar ruhi tarazlıq əldə edirlər. Daha sonralar isə Avropa təbibləri mərcini bir sıra xəstəliklərin şəfası olan dərmanların sırasına daxil ediblər.
Onun ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərcidir. Mərcinin yaşıl rəngli növü təkcə zülalla deyil, həm də nişasta ilə zəngindir. Belə ki, onun tərkibində 30 faizə qədər zülal, 60 faizə qədər nişasta var. Mərcinin tərkibində ətlə müqayisə ediləcək qədər zülal var. Cücərmiş yaşıl mərci yarması təbii dəmir mənbəyi kimi qanda hemoqlobinin miqdarını artırır. C vitamini ilə zəngin olduğuna görə mərcimək qrip əleyhinə vasitə kimi də istifadə olunur. Tərkibində kaliumun çoxluğu onu ateroskleroz və ürək ritminin pozulması zamanı faydalı edir. Mərcinin cücərtilərindən istifadə etmək anemiyanın müxtəlif formaları və qanitirmədə müsbət nəticələr verir.
Yaşıl mərci maddələr mübadiləsini normallaşdırır və sinir sisteminin tam fəaliyyətini təmin edir, həzmi yaxşılaşdırır, ekzema və mədə xorasını müalicə edir. Onun tərkibində kobud sellüloza çox olduğuna görə xroniki enterit, kolit və pankreatitli xəstələrin xörəklərində istifadə etmək məsləhət görülür.
Mərci müqaviməti artırır, immuniteti möhkəmləndirir, qanda xolesterinin miqdarını azaldır, ürək və beyin damarlarını xolesterol çöküntüsündən təmizləyir, qanda şəkərin səviyyəsini azaldır, böyrək daşlarını əridir, qaraciyər hüceyrələrini və qanı zərərli maddələrdən təmizləyir, sümükləri və sinirləri möhkəmləndirir, əzələ ağrılarını aradan qaldırır.
21:58 / 26 Oktyabr 2026
9
21:53 / 26 Oktyabr 2026
12
21:44 / 26 Oktyabr 2026
33
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
36
21:05 / 26 Oktyabr 2026
599
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
389
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.