Sürücülərin diqqətinə! Bu yollarda tıxac var
19 Noyabr 2026, 09:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
902
04.05.2020, 22:13
Mübarək Ramazan ayının bərəkətləri ilə tanış olaq və onlardan bəhrələnməyə çalışaq.
1. Bu ayda günahlar bağışlanar.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazanı ona görə belə adlandırıblar ki, günahları yandırar".
Həzrət (s) başqa yerdə buyurur: "Bilirsinizmi ki, Şəbanı niyə belə adlandırıblar? Çünki ondan çox sayda xeyir Ramazan ayına şaxələnər. Ramazanı ona görə belə adlandırıblar ki, günahlar onda yandırılar".
Peyğəmbərdən (s) soruşurlar ki, Ramazan nədir? Həzrət (s) cavab verir: "Allah o ayda möminlərin günahlarını yandırar və bağışlayar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim Ramazan ayını imanı üzündən, Allah və Onun mükafatı üçün oruc tutar və ibadət edərsə keçmiş günahları bağışlanar. Hər kim Qədr gecəsini iman üzündən və İlahi savaba ümid bəsləyərək ibadətə qalxarsa, keçmiş günahları bağışlanar".
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı - o aydır ki, Allah o ayın orucunu sizə vacib buyurmuşdur. Hər kim onda imanı üzündən və İlahi savaba ümid bəsləyərək oruc tutarsa, günahlardan çıxar, anadan doğulduğu kimi olar".
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Hər kim Ramazan ayını oruc tutar və onu sədəqə verərək sona çatdırarsa və qüsl alaraq namazgaha gedərsə, bağışlanmış halda qayıdar". (Tebyan)
2. Cəhənnəm atəşindən azad olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayını azadolma ayı adlandırırlar. ...".
Həzrət (s) buyurur: "Allahın Ramazan ayının hər gecəsində atəşdən 600 min azadolmuşu vardır".
Həzrət Peyğəmbər (s) buyurur: "Allahın hər cümə günü 600 min atəşdən azadolmuşu vardır ki, onları hamısı buna layiqdirlər. (Allahın) Ramazan ayının hər gecə və gündüzünün hər saatında atəşdən min azadolmuşu vardır ki, onların hamısı buna layiqdirlər. Fitr günündə isə bu ayda və cümə günündə azad olmuşlar qədər".
Həzrət Peyğəmbər (s) buyurur: "Allahın hər iftar zamanında atəşdən azadolmuşları vardır".
3.Başqa bərəkətləri.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının başlanğıcı rəhmət, ortası bağışlanma və sonu (duaların) yerinə yetməsi və atəşdən azad olmaqdır".
Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Nə zaman Ramazan ayının hilalı görünər, üsyankar şeytanlar zəncirə vurular, səmanı, rəhmətin və behiştin qapıları açılar, atəş qapıları bağlanar".
Həzrət (s) buyurur: "Ramazan ayının ilk gecəsi olan zaman Allah əzəmətlə nida edər: "Ey Cəbrayil! Yerə en və üsyankar şeytanları zəncirə vur ki, bəndələrimin orucunu xarab etməsin"".
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının ilk gecəsi olan zaman səmanın qapıları açılar və onun heç bir qapısı bağlanmaz, məgər bu ayın son gecəsi gəlib çatana qədər. Elə bir bəndə yoxdur ki, onun gecələrində namaz qılsın, məgər o halda ki, Allah hər səcdəsinə görə 1500 həsənə yazsın. Onun üçün behiştdə 60 min qapısı olan qırmızı yaqutdan ev tikər. Hər bir qapıda qızıldan və qırmızı yaqutla bəzənmiş saray vardır. O zaman ki, Ramazan ayının ilk gününün orucunu tutarsınız, bütün günahlarınız bağışlanar. Hər kim Ramazan ayına çatarsa, hər gün 70 min mələk sübh namazından (günəş) hicaba bürünənə qədər onun üçün bağışlanma istəyərlər. Onun üçün Ramazan ayının gecəsində və ya gündüzündə etdiyi səcdələrə görə ağac olar ki, kölgəsində yol getmək üçün 500 il yol getmək lazımdır".
09:12 / 19 Noyabr 2026
1
09:10 / 19 Noyabr 2026
12
00:22 / 19 Noyabr 2026
370
23:10 / 18 Noyabr 2026
177
22:45 / 18 Noyabr 2026
156
22:40 / 18 Noyabr 2026
152
22:25 / 18 Noyabr 2026
152
22:25 / 18 Noyabr 2026
164
22:15 / 18 Noyabr 2026
161
22:11 / 18 Noyabr 2026
179
21:55 / 18 Noyabr 2026
160
21:53 / 18 Noyabr 2026
408
21:40 / 18 Noyabr 2026
171
21:26 / 18 Noyabr 2026
161
21:20 / 18 Noyabr 2026
160
21:09 / 18 Noyabr 2026
168
21:03 / 18 Noyabr 2026
784
20:53 / 18 Noyabr 2026
192
20:50 / 18 Noyabr 2026
167
20:45 / 18 Noyabr 2026
479
20:42 / 18 Noyabr 2026
281
20:40 / 18 Noyabr 2026
200
20:34 / 18 Noyabr 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.