ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”
28 Sentyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
3288
26.03.2020, 10:49
Həmçinin oxu: 9 və 11-ci sinif şagirdlərinə şad xəbər
"Bakı qeydiyyatında olan vətəndaşlarımızın xüsusi karantin rejimi başa çatana qədər paytaxtdan çıxışına icazə verilməyəcək. Rayon qeydiyyatında olan vətəndaşların isə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişinə icazə verilməyəcək".
Oxu24.com -un xəbərinə görə, bunu DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, əgər indiyə qədər Bakı, Sumqayıt və Abşeron rayonunda qeydiyyatda olanlar istisna olmaqla şəhər və rayonda qeydiyyatda olan şəxslərin paytaxta girişinə qadağa tətbiq edilirdisə, mövcud qərardan sonra Bakı, Sumqayıt və Abşeron rayonunda qeydiyyatda olan şəxslərin də respublikanın digər şəhər və rayonlarına çıxışına məhdudiyyət tətbiq edilir. Bu məhdudiyyət xüsusi təyinatlı nəqliyyat vasitələrinin təcili tibbi yardım və qəza xilasetmə, eləcə də yük avtomobillərinin də sərbəst giriş-çıxışına heç bir məhdudiyyət tətbiq olunmayıb: “Bununla bağlı artıq əhaliyə də müraciət olunub ki, Bakı-Ələt yolunun 65-ci, Bakı-Quba yolunun 45-ci, Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində fəaliyyət göstərən keçid postlarında həmin nəqliyyat vasitələrinin və onların sürücü, sərnişinlərinin də qeydiyyatda olduqları ərazi üzrə yalnız həmin istiqamətə buraxılması nəzərə alınaraq, qeydiyyatda olduğu yerlərdən digər yerlərə, yəni Bakı, Sumqayıt və Abşeron rayonunda qeydiyyatda olanların şəhər istiqamətinə, rayon qeydiyyatında olan şəxslərin də Bakı, Sumqayıt və Abşeron istiqamətinə gəlişinin məhdudlaşdırılması ilə bağlı müraciət edilib”.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi qeyd edib ki, martın 19-dan etibarən şəhərə giriş etmək istəyən 5000-dən artıq nəqliyyat vasitəsi geri qaytarılıb. Gecə saat 00.00-dan etibarən isə postlardan 250 nəqliyyat vasitəsi Bakıya buraxılmayıb: “Bayram tətili ilə bağlı əgər hər hansı bir vətəndaş qeydiyyatda olduğu ünvandan kənara çıxıbsa, onun qeydiyyat ünvanına qayıtmasında heç bir problem yoxdur. Bakı, Sumqayıt və Abşeron sakini respublikanın hansısa bir bölgəsinə gedibsə, həmin şəxsin bu postlardan keçidində heç bir problem yoxdur”.
Paytaxta girişin məhdudlaşdırılması Bakı qeydiyyatı olmayan vətəndaşlarımıza şamil ediləcək:
“Məsələn, rayonda olan şəxsin qeydiyyatı rayon yerindədirsə, Bakı, Sumqayıt və Abşerona gəlmək istəyirsə, onun girişində məhdudiyyət nəzərdə tutulur. Həmin şəxsin girişinə icazə verilməyəcək”.
Bundan başqa, xüsusi karantin rejimində bəzi sahələrdə çalışanların Bakıya girişi tənzimlənəcək: “Əgər şəxsin iş yeri Bakıda yerləşirsə, özünün qeydiyyatı rayon qeydiyyatıdırsa, o halda həmin şəxsin o təşkilatda işləməsini təsdiq edən hər hansı bir vəsiqə və yaxud da arayış varsa, eləcə də onun işlədiyi həmin təşkilatın fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dayandırılmayıbsa, sözügedən postlardan keçməklə işinə qayıda bilər. Əgər müəyyən edilsə ki, həmin təşkilatın və şirkətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, onda əlbəttə ki, onların sağlamlıqlarının qorunması naminə yaşadıqları yerdə qalmaları daha müvafiqdir”.
Həmin şəxslərin ailələrinin Bakıya buraxılmasına gəlincə… “Şəxsin özünün iş yeri Bakıdadırsa, onun ailə üzvlərinin də Bakıda qeydiyyatda olmaları və yaşamaları barədə sənəd varsa, onlara da yaşadıqları yer üzrə gəlmələrinə icazə verilə bilər. Vacib olan əsas şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqələri özlərində olmayan vətəndaşların BDYPİ əməkdaşlarının istifadəsində olan xüsusi texniki vasitələrin köməyi ilə şəxsiyyətləri müəyyənləşdirilir, həmçinin qeydiyyat ünvanı da 15 dəqiqə ərzində dəqiqləşdirilir”.
Sonda Kamran Əliyev vətəndaşları Operativ Qərargahın tövsiyə və tələblərinə əməl etməyə çağırıb.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.