Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 65 işçinin işə bərpası təmin edildi

Azərbaycanda 65 işçinin işə bərpası təmin edildi

CƏMİYYƏT

72

07.09.2026, 13:11

Azərbaycanda yanvar-avqust ayları ərzində işdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki işlərinə bərpa etdirilib.

Oxu24.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 517 min 139 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.