Qaynar xətt:

(+99450) 247 90 86

600-dən çox bal toplayan 30 abituriyent ali məktəblərə qəbul ola bilmədi 

600-dən çox bal toplayan 30 abituriyent ali məktəblərə qəbul ola bilmədi 

CƏMİYYƏT

50

27.08.2026, 16:05

Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb.

Oxu24.com xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında məlumat qeyd edilib.

Bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir. Digər qruplarda 600-dən çox balla müsabiqədən kənarda qalan abituriyentlər yoxdur.

Eyni zamanda builki imtahanlarda iştirak edərək 500-dən çox bal toplayan 106 abituriyent ali məktəbə qəbul olunmayıb. Bu abituriyentlərin də 97 nəfəri IV ixtisas qrupu üzrə, 9 nəfəri isə III ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir. 500-600 arası bal toplayıb müsabiqədən kənarda qalanların sayı isə 76 nəfərdir.