Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
300
20.08.2026, 23:29
Bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdən 1 milyon 220 min 891 ədəd panellərə quraşdırılan fotoqalvanik element (günəş panelləri) idxal olunub.
Oxu24.com açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, idxal olunan fotoqalvanik elementlərin ümumi gömrük dəyəri 110 milyon 799,87 min dollar (188 milyon 359,78 min manat) təşkil edib.
Bundan başqa, Azərbaycana 265 ədəd panellərə quraşdırılmayan fotoqalvanik element də idxal olunub. Bu məhsulların ümumi dəyəri isə 1,52 min dollar (2,58 min manat) olub.
Qeyd edək ki, panellərə quraşdırılan fotoqalvanik elementlər əsasən Çindən idxal edilib. Belə ki, Çindən 1 milyon 219 min 860 ədəd fotoqalvanik element gətirilib. Həmçinin 1 ədəd Rusiyadan, 1 029 ədəd Türkiyədən, 1 ədəd isə Bolqarıstandan idxal olunub.
Bu ilin ilk yarısında Azərbaycana idxal olunan panellərə quraşdırılan fotoqalvanik elementlərin ölkər üzrə sayı və bir ədədin orta gömrük dəyəri aşağıdakı kimi olub:
Çin – 1 219 860 ədəd (bir ədədin orta gömrük dəyəri 154 manat);
Türkiyə – 1 029 ədəd (79 manat);
Rusiya – 1 ədəd (187 manat);
Bolqarıstan – 1 ədəd (51 manat).
Məlumat üçün qeyd edək ki, bu ilin ilk yarısında Azərbaycandan ABŞ-yə 10 milyon 80 min ədəd panellərə quraşdırılmayan fotoqalvanik element ixrac edilib. İxrac olunan məhsulların ümumi gömrük dəyəri 9 milyon 243,36 min dollar (15 milyon 713,71 min manat) təşkil edib. ABŞ-yə ixrac olunan bir ədəd panellərə quraşdırılmayan fotoqalvanik elementin gömrük dəyəri 1,56 manat olub.
Onu da bildirək ki, fotoqalvanik element günəş panelinin ən kiçik, əsas işlək vahididir. Günəş paneli isə bu elementlər əsasında hazırlanan sistemdir.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.