Milli Məclis qəbul etdi:300-500 manat məbləğində... AÇIQLAMA
04 Noyabr 2026, 18:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
234
14.08.2026, 14:06
"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur".
Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Bildirilib ki, belə hallarda kiberdələduzlar tanıdığınız şəxsin adından, fotoşəklindən və digər məlumatlarından istifadə edərək saxta hesab yaradır, yaxınlarına yazaraq təcili pul göndərilməsini xahiş edirlər:
"Vətəndaşlara müraciət edərək bu cür mesajlara qarşı diqqətli olmağa, tanıdıqları şəxsin adından göndərilən, xüsusilə də pul vəsaiti tələb olunan şübhəli müraciətlərə dərhal inanmamağa çağırırıq.
Sizə tanıdığınız şəxsin adından pul göndərilməsi barədə mesaj daxil olarsa, ilk növbədə həmin şəxslə digər vasitə ilə əlaqə saxlayaraq məlumatın həqiqiliyini dəqiqləşdirin.
Şəxsin profil fotosunun və adının tanış olması hesabın məhz həmin şəxsə məxsus olduğunu təsdiq etmir.
Şübhəli hesab və mesajlarla qarşılaşdıqda pul vəsaiti göndərməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, şübhəli keçidlərə daxil olmayın.
Kiberdələduzluqla qarşılaşdıqda dərhal DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin".
18:41 / 04 Noyabr 2026
7
18:41 / 04 Noyabr 2026
22
18:37 / 04 Noyabr 2026
66
18:35 / 04 Noyabr 2026
53
18:35 / 04 Noyabr 2026
2160
18:27 / 04 Noyabr 2026
75
18:21 / 04 Noyabr 2026
57
18:15 / 04 Noyabr 2026
64
18:14 / 04 Noyabr 2026
68
17:40 / 04 Noyabr 2026
85
17:13 / 04 Noyabr 2026
699
17:12 / 04 Noyabr 2026
110
17:02 / 04 Noyabr 2026
233
16:58 / 04 Noyabr 2026
90
16:54 / 04 Noyabr 2026
176
16:49 / 04 Noyabr 2026
97
16:34 / 04 Noyabr 2026
473
16:32 / 04 Noyabr 2026
101
16:22 / 04 Noyabr 2026
192
16:21 / 04 Noyabr 2026
128
16:20 / 04 Noyabr 2026
113
16:19 / 04 Noyabr 2026
113
16:13 / 04 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.