Qazaxda TIR yandı
23 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
221
03.08.2026, 20:23
Energetika Nazirliyinin Kollegiyası "Binalarda enerji sərfinin hesablanması metodologiyası"nı təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.
Qərara əsasən, binanın illik enerji sərfinin hesablanması və enerji effektivliyi sinfinin müəyyən edilməsi zamanı aşağıdakı sistemlər nəzərə alınır:
- istilik təchizatı;
- soyuqluq təchizatı;
- isti su təchizatı;
- işıqlandırma sistemləri;
- təbii və mexaniki havalandırma sistemləri.
Bundan başqa, binada quraşdırılmış və binanın funksional ehtiyaclarını təmin edən digər enerji istehlak edən sistemlər enerji sərfinin hesablanması zamanı nəzərə alınır, lakin binanın enerji effektivliyi sinfinin müəyyən edilməsi zamanı nəzərə alınmır.
Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olmaqla, digər enerji mənbələrindən istifadə zamanı istixana qazlarının ətraf mühitə olan emissiyaları bu Metodologiyaya uyğun hesablanır.
Binaların enerji sərfinin hesablanması zamanı yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar, tibb müəssisələri, istehsalat binaları, anbarlar, inzibati təyinatlı binalar (ofislər) və digər ictimai binalar üzrə normaların parametrləri nəzərə alınacaq.
Tikinti zamanı layihədən kənarlaşma baş verərsə və bu kənarlaşma binanın enerji effektivliyi göstəricilərinə təsir edərsə, binanın istismara verilməsi zamanı enerji sərfinin hesablamalarına müvafiq düzəlişlər edilir. Bu zaman binanın xarici zərfi və texniki bina sistemlərinin faktiki göstəriciləri nəzərə alınacaq./metbuat
21:59 / 23 Oktyabr 2026
17
21:39 / 23 Oktyabr 2026
46
21:36 / 23 Oktyabr 2026
45
21:20 / 23 Oktyabr 2026
59
21:17 / 23 Oktyabr 2026
70
20:52 / 23 Oktyabr 2026
71
20:43 / 23 Oktyabr 2026
70
20:33 / 23 Oktyabr 2026
204
20:25 / 23 Oktyabr 2026
76
20:21 / 23 Oktyabr 2026
75
20:10 / 23 Oktyabr 2026
59
20:06 / 23 Oktyabr 2026
80
19:51 / 23 Oktyabr 2026
99
19:38 / 23 Oktyabr 2026
155
19:25 / 23 Oktyabr 2026
80
19:17 / 23 Oktyabr 2026
86
19:02 / 23 Oktyabr 2026
121
18:44 / 23 Oktyabr 2026
87
18:33 / 23 Oktyabr 2026
93
18:24 / 23 Oktyabr 2026
89
18:16 / 23 Oktyabr 2026
98
17:52 / 23 Oktyabr 2026
90
17:47 / 23 Oktyabr 2026
396
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.