Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
234
23.10.2026, 17:52
ABŞ-nin vitse-prezidenti Cey Di Vens texnologiya milyarderləri İlon Mask və “Nvidia” şirkətinin rəhbəri Censen Huanqın iştirakı ilə keçirilən tədbirdə qalmaqal yaradıb. İddialara görə, səhnə arxasında gözləyən Vens milyarderlərin çıxışının uzanmasına qəzəblənərək onların dərhal səhnədən uzaqlaşdırılmasını tələb edib. Hadisə ABŞ administrasiyası ilə Silikon Vadisinin nüfuzlu iş adamları arasında münasibətlərin gələcəyi barədə müzakirələri yenidən gündəmə gətirib.
Oxu24.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.
Hadisə süni intellekt və qlobal texnoloji rəqabətə həsr olunmuş “America.gov” platformasının təqdimatı zamanı baş verib.
Tədbirdə İlon Mask və Censen Huanqın söhbəti üçün 30 dəqiqə ayrılıb. Lakin müzakirə nəzərdə tutulduğundan uzun çəkib və növbəti çıxışını gözləyən Vensin proqramını pozub.
Nəşrin hadisədən məlumatlı dörd mənbəyə istinadən yazdığına görə, vitse-prezident səhnə arxasında səbrini itirərək mətbuat xidmətinin əməkdaşlarına qışqırmağa başlayıb.
“Bunları cəhənnəm olub səhnədən rədd edin!” – deyə Vensin tələb etdiyi bildirilir.
Onun köməkçiləri dərhal təşkilatçılara müraciət edərək çıxışların başa çatdırılmasını istəyiblər. Onlar Vensin ABŞ-nin vitse-prezidenti olduğunu xatırladaraq proqramın daha da uzanacağı təqdirdə onun iştirakının ümumiyyətlə ləğv oluna biləcəyi barədə xəbərdarlıq ediblər.
Həmin vaxt Vens Robert Kennedi-kiçiyin də iştirak etdiyi MAHA sammitinə təxminən yarım saat gecikirdi. Nəticədə Mask və Huanq çıxışlarını yekunlaşdırıblar, vitse-prezident isə səhnəyə çıxaraq “Airbnb”nin həmtəsisçisi Co Gebbia ilə söhbət edib.
Lakin “Daily Mail” yazır ki, bu hadisənin arxasında daha ciddi siyasi ziddiyyətlər dayana bilər. Söhbət Vensin 2028-ci il prezident seçkiləri ərəfəsində Silikon Vadisinin milyarderləri ilə münasibətlərinin dəyişməsindən gedir.
Respublikaçı siyasi strateq Brendan Staynhauzerin fikrincə, vitse-prezident hazırda iki fərqli qüvvə arasında seçim qarşısındadır. Bir tərəfdə onun uzun illər əlaqələr saxladığı texnologiya milyarderləri, digər tərəfdə isə iri texnologiya şirkətlərinin artan təsirindən narazı olan mühafizəkar seçicilər dayanır.
Strateq xatırladıb ki, cəmi bir il əvvəl Vens “PayPal mafiyası” adlandırılan nüfuzlu texnologiya sahibkarları və investorlar çevrəsinə daha yaxın görünürdü. Bu qrupun tanınmış nümayəndələrindən biri milyarder Piter Tildir. İndi isə vitse-prezidentin çıxışlarında sıravi respublikaçı seçicilərin narahatlıqları daha çox yer tutur.
Vens bu yaxınlarda Miçiqan ştatında sakinlərlə görüş zamanı iri məlumat mərkəzlərinin yaratdığı problemlərə toxunub. O, həmin müəssisələrin soyutma sistemlərinin gecə-gündüz səs-küy yaratdığını və elektrik enerjisi xərclərini artırdığını bildirib.
Vitse-prezidentin fikrincə, texnologiya şirkətləri enerji infrastrukturunun yenilənməsi üçün tələb olunan vəsaiti özləri ödəməli, bu xərcləri yerli sakinlərin üzərinə qoymamalıdırlar.
Mənbələrin məlumatına görə, məsələ yay aylarında Ağ Ev nümayəndələrinin və seçki kampaniyası rəhbərlərinin iştirakı ilə keçirilən qapalı görüşdə də müzakirə olunub. Həmin görüşdə məlumat mərkəzlərinin yaratdığı narazılığın respublikaçıların seçki mövqelərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib.
Brendan Staynhauzer Vensin qəzəbini onun şəxsi siyasi ambisiyaları ilə də əlaqələndirir. Strateqin fikrincə, vitse-prezident siyasi tədbirlərdə texnologiya şirkətlərinin rəhbərlərinin diqqəti öz üzərlərinə çəkməsindən narahat ola bilər.
“O hesab edir ki, diqqət mərkəzində özü olmalıdır”, – deyə Staynhauzer bildirib.
Nəşr Vensin katolik dini baxışlarının da texnologiya sektoruna münasibətinə təsir göstərə biləcəyini qeyd edir. Vitse-prezident daha əvvəl süni intellektin etik riskləri barədə xəbərdarlıq edən Roma Papası ilə görüşüb. Bəzi analitiklər onun mövqeyində texnologiyaların həddindən artıq təsirindən narahat olan dini dairələrin yanaşması ilə oxşarlıqlar görürlər.
Beləliklə, 2028-ci il prezident seçkiləri perspektivində Vens üçün əsas məsələlərdən biri varlı texnologiya investorlarının dəstəyini qorumaqla mühafizəkar seçicilərin etimadını qazanmaq arasında tarazlıq yaratmaq olacaq.
Staynhauzer hesab edir ki, vitse-prezident prezidentliyə namizədliyini irəli sürmək istəyərsə, keçmiş müttəfiqlərindən, o cümlədən Piter Tildən müəyyən qədər uzaqlaşmalı ola bilər.
“Onun texnologiya sektorundakı dostları bunu başa düşməlidirlər. Əgər buna hazır deyillərsə, dəstəkləmək üçün başqa namizəd axtarmalı olacaqlar”, – deyə respublikaçı strateq bildirib.Musavat.com
19:49 / 12 Noyabr 2026
1
19:36 / 12 Noyabr 2026
44
19:31 / 12 Noyabr 2026
50
19:19 / 12 Noyabr 2026
58
19:15 / 12 Noyabr 2026
57
19:09 / 12 Noyabr 2026
53
19:03 / 12 Noyabr 2026
59
18:58 / 12 Noyabr 2026
69
18:50 / 12 Noyabr 2026
67
18:42 / 12 Noyabr 2026
743
18:40 / 12 Noyabr 2026
69
18:32 / 12 Noyabr 2026
315
18:28 / 12 Noyabr 2026
74
18:26 / 12 Noyabr 2026
92
18:16 / 12 Noyabr 2026
105
18:15 / 12 Noyabr 2026
95
18:07 / 12 Noyabr 2026
99
17:53 / 12 Noyabr 2026
95
17:19 / 12 Noyabr 2026
105
16:25 / 12 Noyabr 2026
115
16:21 / 12 Noyabr 2026
131
15:55 / 12 Noyabr 2026
165
15:36 / 12 Noyabr 2026
599
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.