Qazaxda TIR yandı
23 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
498
02.08.2026, 23:27
HAVELSAN-ın Hərbi Hava Qüvvələri Məlumat Sistemi (HvBS) çərçivəsində hazırlanmış bəzi mühüm imkanlar Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.
Oxu24.com Musavat.com-a istinadla bildirir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilmiş sistem əməliyyat mərkəzlərində xidmət edən şəxsi heyətin vahid əməliyyat mənzərəsi əsasında fəaliyyət göstərməsinə, tapşırıq və əməliyyat məlumatlarının real vaxt rejimində idarə olunmasına, kritik əməliyyat məlumatlarının mərkəzləşdirilmiş qaydada izlənilməsinə, eləcə də qərar qəbuletmə prosesinin sürətləndirilməsinə şərait yaradır. Bunun sayəsində planlaşdırma, koordinasiya və əməliyyatların icrası daha sürətli, dəqiq və səmərəli həyata keçirilir.
Bütün bu komponentləri vahid platformada birləşdirən HvBS dünyanın ən əhatəli hərbi hava qüvvələri məlumat sistemlərindən biri kimi seçilir. Sistem əməliyyat hazırlığı proseslərini dəqiqələr səviyyəsinə endirərək hava əməliyyatlarında mühüm manevr imkanları yaradır.
HvBS-in modulları müxtəlif komanda səviyyələri arasında təhlükəsiz məlumat mübadiləsini təmin edir, hava əməliyyatlarına dair kritik informasiyanın eyni vaxtda görüntülənməsinə və əməliyyatların dəyişən şəraitə uyğun operativ şəkildə idarə olunmasına imkan verir. Açıq və modul əsaslı arxitekturası sayəsində mövcud komanda-idarəetmə infrastrukturuna asanlıqla inteqrasiya olunan sistem istifadəçi tələblərinə uyğun genişləndirilə bilən çevik quruluşu ilə də diqqət çəkir.
Həyata keçirilən bu təhvil prosesi Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın proqram təminatı və komanda-idarəetmə texnologiyaları istiqamətində çatdığı yüksək səviyyənin mühüm göstəricisi kimi dəyərləndirilir.
21:20 / 23 Oktyabr 2026
29
21:17 / 23 Oktyabr 2026
56
20:52 / 23 Oktyabr 2026
57
20:43 / 23 Oktyabr 2026
62
20:33 / 23 Oktyabr 2026
176
20:25 / 23 Oktyabr 2026
71
20:21 / 23 Oktyabr 2026
71
20:10 / 23 Oktyabr 2026
30
20:06 / 23 Oktyabr 2026
77
19:51 / 23 Oktyabr 2026
88
19:38 / 23 Oktyabr 2026
108
19:25 / 23 Oktyabr 2026
79
19:17 / 23 Oktyabr 2026
84
19:02 / 23 Oktyabr 2026
119
18:44 / 23 Oktyabr 2026
86
18:33 / 23 Oktyabr 2026
92
18:24 / 23 Oktyabr 2026
87
18:16 / 23 Oktyabr 2026
97
17:52 / 23 Oktyabr 2026
89
17:47 / 23 Oktyabr 2026
383
17:21 / 23 Oktyabr 2026
2047
17:15 / 23 Oktyabr 2026
92
17:10 / 23 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.