Qızılın qiyməti ilk dəfə bu qədər aşağı düşdü
01 Sentyabr 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1390
23.07.2026, 10:56
Bakının Xəzər rayonunda ölümlə nəticələnən avtoqəzanın baş verməsində təqsirləndirilən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyevanın həbsdən ev dustaqlığına buraxılması media və sosial şəbəkələrin müzakirə mövzusu olub.
Ötən gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə bununla bağlı qərar elan olunub. Qərara əsasən, İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb. Ona sosial şəbələkdən istifadə ("Whatsapp"da ailəsi ilə danışmaq istisna olmaqla) qadağan olunub.
Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.
Sosial şəbəkələrdəki müzakirələrə görə, prosesi izləyənlərin çoxu Arzumun ev dustaqlığına buraxılacağına inanmırmış və hakim Elnur Nuriyevin belə bir qərar verməsi onlar üçün gözlənilməz olub.
İndi hamı tiktokeri ev dustaqlığına buraxan hakimdən danışır.
Maraqlıdır, Arzumu ev dustaqlığına buraxan hakim kimdir:
Oxu24.com xəbər verir ki,Modern.az saytı müzakirələri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin qısa dosyesini təqdim edir:
Elnur Aləm oğlu Nuriyev 1976-cı ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini bitiriəndən sonra 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakultəsindən, 2005-ci ilə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsindən məzun olub.
Əmək fəaliyyətinə özəl sektordan başlayan Elnur Nuriyev 1996-cı ildən 2006-cı ilə kimi “Sunrise” şirkətinin hüquqşünası kimi fəaliyyət götərib.
2006 – 2008-ci illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin mütəxəssisi və aparıcı mütəxəssisi vəzifələrində çalışıb.
2008 – 2013-cü illərdə yenidən “Sunrise” şirkətinin hüquqşünası kimi fəaliyyət götərib.
2013-cü ildən hakimlik fəaliyyətinə başlayıb.
O, 2013-2018 ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
21 dekabr 2018-ci il tarixində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
2023-cü ilin oktyabrında Elnur Nuriyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub.
2026-cı ilin mayında Elnur Nuriyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb.
Bir sıra qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş Elnur Nuriyev bəraətə meyilli hakim kimi xarakterizə edilir.
Xatırladaq ki, İlduzə Hacıyeva ötən ilin iyununda Mərdəkan qəsəbəsində avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıbvə həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.
İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.
Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, təxminən 20 gün əvvəl məhkəmə zalında həbs olunmuşdu.
Həmçinin oxuyun
23:47 / 01 Sentyabr 2026
54
23:41 / 01 Sentyabr 2026
154
23:12 / 01 Sentyabr 2026
60
23:04 / 01 Sentyabr 2026
79
22:53 / 01 Sentyabr 2026
50
22:31 / 01 Sentyabr 2026
61
22:00 / 01 Sentyabr 2026
77
21:54 / 01 Sentyabr 2026
96
21:40 / 01 Sentyabr 2026
108
21:37 / 01 Sentyabr 2026
184
21:22 / 01 Sentyabr 2026
82
21:09 / 01 Sentyabr 2026
74
20:51 / 01 Sentyabr 2026
65
20:37 / 01 Sentyabr 2026
174
20:18 / 01 Sentyabr 2026
81
20:13 / 01 Sentyabr 2026
83
20:07 / 01 Sentyabr 2026
105
19:58 / 01 Sentyabr 2026
741
19:50 / 01 Sentyabr 2026
111
19:25 / 01 Sentyabr 2026
122
19:00 / 01 Sentyabr 2026
95
18:49 / 01 Sentyabr 2026
87
18:36 / 01 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.