Etibarnamə ilə alınan torpaq sahəsinə çıxarış almaq mümkündürmü? – Vəkil Adil Piriyev hüquqi məqamları izah etdi
21 İyul 2026, 22:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
122
21.07.2026, 16:16
Azərbaycan əmək bazarında beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejimi modellərinin yaradılması və tətbiqi istiqamətində müzakirələr aparılır. Yeni mexanizmlərin işə salınması həm işçilər, həm də işəgötürənlər üçün əmək münasibətlərində daha səmərəli yanaşmaların formalaşmasına şərait yarada bilər. Bu yeniliyin iqtisadiyyata, məşğulluğa və iş həyatı balansına təsirləri ilə bağlı iqtisadçı ekspert Aslan Əzimzadə Oxu24.com saytına açıqlama verib. Ekspert bildirib ki, təklif olunan model əmək bazarının daha çevik və səmərəli fəaliyyət göstərməsini təmin edəcək.
Çevik iş vaxtı rejimi əmək bazarına necə təsir edəcək?
Aslan Əzimzadənin sözlərinə görə, model işçi və işəgötürən arasında iş vaxtının təşkilində daha çevik yanaşma yaradaraq əmək məhsuldarlığının artmasına, işçilərin iş həyatı balansının yaxşılaşmasına və iş məmnunluğunun yüksəlməsinə şərait yarada bilər:
“Müxtəlif kateqoriyadan olan insanların, o cümlədən valideynlərin və kiçik yaşlı uşağı olan şəxslərin əmək bazarına iştirak səviyyəsini artırmaq potensialına malikdir”.
Ekspert qeyd edib ki, həftəlik 40 saatlıq iş normasının gündəlik başlama və bitmə vaxtının işə götürən və işçi tərəfindən qarşılıqlı razılıq əsasında müəyyən edilməsidir və beynəlxalq təcrübədə çox istifadə olunan bir modeldir.
İqtisadi baxımdan iqtisadçı vurğulayıb ki, çevik iş vaxtı müəssisələrdə resurslardan daha səmərəli istifadəni, əməliyyat xərclərinin azalmasını və rəqabət qabiliyyətinin yüksəlməsini dəstəkləyə bilər:
“Xüsusən xidmət sektoru, informasiya texnologiyaları, maliyyə və digər bilikyaslı fəaliyyət sahələrində sözügedən modelin tətbiqi daha yüksək nəticələr verə bilər”.
Sonda ekspert əlavə edib ki, çevik iş vaxtı rejimi mövcud əmək qanunvericiliyinə və müasir əmək münasibətləri çərçivəsində tənzimlənəcək, paralel olaraq iş vaxtının uçotu, nəzarət mexanizmləri və sosial hüquqların tam qorunması vacib şərtlərdəndir.
Çimnaz Telmanqızı
23:21 / 21 İyul 2026
1
22:29 / 21 İyul 2026
65
22:16 / 21 İyul 2026
57
21:47 / 21 İyul 2026
47
21:41 / 21 İyul 2026
82
21:37 / 21 İyul 2026
69
21:08 / 21 İyul 2026
69
20:58 / 21 İyul 2026
72
20:45 / 21 İyul 2026
63
20:35 / 21 İyul 2026
74
20:24 / 21 İyul 2026
65
20:07 / 21 İyul 2026
66
19:55 / 21 İyul 2026
58
19:35 / 21 İyul 2026
78
19:18 / 21 İyul 2026
80
19:07 / 21 İyul 2026
66
18:00 / 21 İyul 2026
104
17:45 / 21 İyul 2026
97
17:30 / 21 İyul 2026
108
17:15 / 21 İyul 2026
74
16:58 / 21 İyul 2026
72
16:52 / 21 İyul 2026
80
16:33 / 21 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.