Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
09 İyul 2026, 15:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
81
09.07.2026, 13:54
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Technip Energies Italy S.p.a." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Oxu24.com SOCAR-a istinadən xəbər verir ki, Anlaşma Memorandumu bu gün şirkətin prezidenti Rövşən Nəcəfin "Technip Energies Italy S.p.a."nın baş icraçı direktoru Karlo Korsi ilə görüşündə imzalanıb.
Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı neft-kimya sahəsində yüksək xammal çevikliyinə malik istehsal həllərinin tətbiqi, eləcə də məhsuldarlığın artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətlərində mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə "Technip Energies Italy S.p.a." şirkətinin iştirakı imkanlarına, "yaşıl enerji" və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, sənəd "Petkim Master Plan" layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.
15:55 / 09 İyul 2026
1
15:52 / 09 İyul 2026
8
15:28 / 09 İyul 2026
60
15:10 / 09 İyul 2026
55
15:08 / 09 İyul 2026
55
14:56 / 09 İyul 2026
60
14:53 / 09 İyul 2026
71
14:43 / 09 İyul 2026
71
14:35 / 09 İyul 2026
73
14:30 / 09 İyul 2026
74
14:24 / 09 İyul 2026
76
14:18 / 09 İyul 2026
75
13:58 / 09 İyul 2026
81
13:34 / 09 İyul 2026
86
13:32 / 09 İyul 2026
66
13:30 / 09 İyul 2026
76
13:19 / 09 İyul 2026
73
12:58 / 09 İyul 2026
67
12:54 / 09 İyul 2026
71
12:47 / 09 İyul 2026
96
12:44 / 09 İyul 2026
99
12:38 / 09 İyul 2026
92
12:35 / 09 İyul 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.