Müqavilə ilə işləyən şəxslər bank krediti ala bilərmi? – Hüquqşünas açıqlayır
22 İyul 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
491
09.07.2026, 13:30
Valideynlərin sağlığında öz əmlaklarını övladlarından birinə, nəvəsinə və ya başqa bir şəxsə hədiyyə etməsi sonradan ailədaxili mübahisələrə səbəb olan ən aktual hüquqi məsələlərdən biridir. Xüsusilə digər övladlar “bizim razılığımız alınmadan ata mülkü hədiyyə edilib, həmin əmlakda pay tələb edə bilərikmi?” sualını tez-tez hüquqşünaslara ünvanlayırlar.
Məsələ ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki, bu məsələdə əsas hüquqi meyar əmlak sahibinin sağ olub-olmamasıdır.
Onun sözlərinə görə, əgər ata sağdırsa və əmlak onun şəxsi mülkiyyətidirsə, həmin əmlak üzərində sərbəst şəkildə sərəncam vermək hüququ yalnız ona məxsusdur.
“Azərbaycan qanunvericiliyinə əsasən, mülkiyyətçi öz əmlakını satmaq, bağışlamaq, dəyişmək və ya başqa formada özgəninkiləşdirmək hüququna malikdir. Bu zaman övladlarının və ya digər qohumlarının razılığı tələb olunmur. Ata sağ olduğu müddətdə onun şəxsi mülkiyyət hesab olunan əmlakı istədiyi şəxsə, o cümlədən azyaşlı nəvəsinə hədiyyə etməsi tam qanunidir”, – deyə vəkil qeyd edib.
E.Rzayevanın sözlərinə görə, belə hallarda digər övladların həmin hədiyyə edilmiş əmlak üzərində hər hansı pay hüququ yaranmır.
“Valideyn sağ olduğu müddətdə gələcək miras hüququna istinad edərək onun bağışlama müqaviləsinə etiraz etmək mümkün deyil. Çünki miras hüququ yalnız şəxsin vəfatından sonra yaranır. Sağ insanın əmlakı üzərində gələcək vərəsələrin hər hansı mülkiyyət hüququ mövcud olmur”, – deyə o bildirib.
Vəkil əlavə edib ki, vəziyyət yalnız mülkiyyətçinin vəfatından sonra dəyişə bilər.
“Əgər ata vəfat edərsə və onun adına qalan digər əmlak mövcud olarsa, həmin əmlak qanun və ya vəsiyyət əsasında vərəsələr arasında bölüşdürülə bilər. Bundan başqa, qanunvericilikdə müəyyən şəxslər üçün məcburi pay hüququ da nəzərdə tutulub. Lakin bu hüquq yalnız qanunda göstərilən hallar mövcud olduqda tətbiq edilir və hər bir konkret iş ayrıca qiymətləndirilir”, – deyə Esmira Rzayeva vurğulayıb.
Onun sözlərinə görə, bəzi hallarda bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə də məhkəməyə müraciət edilə bilər. Ancaq bunun üçün ciddi hüquqi əsaslar olmalıdır.
“Məsələn, sübut olunarsa ki, bağışlama müqaviləsi aldatma, hədə-qorxu, zor tətbiqi nəticəsində bağlanıb və ya bağışlayan şəxs həmin vaxt öz hərəkətlərinin mahiyyətini dərk edə bilməyib, bu zaman məhkəmə müqavilənin etibarlılığına hüquqi qiymət verə bilər. Təkcə digər övladların razılığının alınmaması isə müqavilənin ləğvi üçün əsas hesab edilmir”, – deyə hüquqşünas bildirib.
Vəkil sonda qeyd edib ki, miras və əmlak münasibətləri ilə bağlı yaranan mübahisələrdə hər bir hadisənin öz hüquqi xüsusiyyətləri olduğundan, belə hallarda peşəkar hüquqi məsləhət almaq və sənədləri hüquqşünasa təqdim etmək daha məqsədəuyğundur.
Turan
17:30 / 22 İyul 2026
1
17:28 / 22 İyul 2026
30
17:20 / 22 İyul 2026
43
17:07 / 22 İyul 2026
51
17:04 / 22 İyul 2026
47
16:58 / 22 İyul 2026
725
16:58 / 22 İyul 2026
55
16:52 / 22 İyul 2026
425
16:47 / 22 İyul 2026
42
16:39 / 22 İyul 2026
57
16:36 / 22 İyul 2026
118
16:31 / 22 İyul 2026
83
16:19 / 22 İyul 2026
50
16:04 / 22 İyul 2026
72
15:47 / 22 İyul 2026
65
15:35 / 22 İyul 2026
84
15:13 / 22 İyul 2026
75
15:11 / 22 İyul 2026
1449
15:07 / 22 İyul 2026
298
15:06 / 22 İyul 2026
329
14:59 / 22 İyul 2026
175
14:59 / 22 İyul 2026
69
14:41 / 22 İyul 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.