AZAL sərnişin daşımalarını 5% artırıb
09 İyul 2026, 15:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
80
09.07.2026, 13:34
Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olunub. Yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək. Bu yeniliklər sayəsində könüllü kimi fəaliyyət göstərən tələbə və şagirdlərə də sığorta ödənişinin verilməsi nəzərdə tutulur. Qanunvericiliyə edilən bu düzəlişlər həm beynəlxalq standartlara uyğunlaşma, həm də yerli sığorta bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ekspert qrupunun üzvü Emil Ağabağırov danışıb.
Ekspert bildirib ki, yeni qaydalara əsasən, artıq könüllülər, tələbələr və şagirdlər hər hansı bir müəssisə və ya təşkilatda təcrübə keçəcəklərsə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə sığortalanacaqlar:“Burada ən mühüm məqamlardan biri həmin şəxslərin təşkilatda olduqları müddətdir və müqavilədə qeyd olunan müddət çox böyük önəm daşıyır. Müqavilə müddəti ərzində tələbə və ya şagirdlər hər hansı bədbəxt hadisə yaxud peşə xəstəliyi nəticəsində xəsarət alarlarsa, onlara sığorta ödənişləri həyata keçiriləcək”.
Emil Ağabağırovun sözlərinə görə, yeni dəyişikliklərdə təkcə əlillik halı əsas götürülmür:“Mövcud qaydalara görə əmək qabiliyyətinin 30%-dən yuxarı itirilməsi halları əlillik hesab olunsa da, yeni qaydalara əsasən, şəxslər sağlamlıqlarını və əmək qabiliyyətlərini 30%-ə qədər itirsələr belə, onlara birdəfəlik sığorta ödənişləri veriləcək”.
Ekspert sonda vurğulayıb ki, bu yeni qaydalar digər tərəfdən gənclərin maarifləndirilməsi baxımından və onların müəssisələrdə daha rahat, təhlükəsiz şəraitdə təcrübə keçmələri üçün çox əlverişli bir zəmin və rahatlıq yaradacaq.
Qeyd edək ki, qanunvericiliyə təklif olunan bu mütərəqqi dəyişikliklər Azərbaycanda həm əmək bazarının təhlükəsizliyini artıracaq, həm də gənclərin sosial müdafiəsini yeni mərhələyə daşıyacaq. Xüsusilə gənc könüllülərin, tələbə və şagirdlərin sığorta təminatı ilə əhatə olunması, onların gələcək peşəkar fəaliyyətlərinə daha inamla addım atmalarına mühüm stimul verir. Dövlətin gənclərə və sığorta sektorunun inkişafına göstərdiyi bu diqqət, ölkədə beynəlxalq standartlara uyğun müasir hüquqi mühitin formalaşmasının bariz nümunəsidir.
Çimnaz Telmanqızı
15:28 / 09 İyul 2026
1
15:10 / 09 İyul 2026
29
15:08 / 09 İyul 2026
30
14:56 / 09 İyul 2026
37
14:53 / 09 İyul 2026
41
14:43 / 09 İyul 2026
57
14:35 / 09 İyul 2026
57
14:30 / 09 İyul 2026
56
14:24 / 09 İyul 2026
60
14:18 / 09 İyul 2026
66
13:58 / 09 İyul 2026
73
13:54 / 09 İyul 2026
74
13:32 / 09 İyul 2026
58
13:30 / 09 İyul 2026
68
13:19 / 09 İyul 2026
67
12:58 / 09 İyul 2026
61
12:54 / 09 İyul 2026
66
12:47 / 09 İyul 2026
90
12:44 / 09 İyul 2026
95
12:38 / 09 İyul 2026
86
12:35 / 09 İyul 2026
84
12:19 / 09 İyul 2026
307
12:07 / 09 İyul 2026
527
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.