Avtomobillər toqquşub, 9 nəfər ağır xəsarət alıb
28 Sentyabr 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
08.07.2026, 22:20
Qorxu, qəzəb, vicdan əzabı. Bu hissləri hamımız keçirmişik. Psixoloqlar belə anlarda insanın sinir sisteminin gərginləşdiyini qeyd edirlər.
Bu zaman isə insanlarda ürəkdöyünmə, istilikbasma, titrətmə, qıcıqlanma hissi olur. Bəs bu zaman nə etmək lazımdır? Nə etmək lazımdır ki, belə vəziyyətdə ağıla sahib olmaq mümkün olsun.
Psixoloqlar bu zaman 2 variantın olduğunu qeyd edirlər. Stress yaradan sahədən uzaqlaşmaq və ya fikrində məğlub olmaq. Bu bir addım geri çəkilmək kimi də qiymətləndirilə bilər. Vəziyyətin uzanıb daha da irəli getməməsi üçün bu variantların hər ikisi vacib sayılır. Əgər stress baş verən məkandan uzaqlaşmaq mümkün deyilsə, o zaman dərindən nəfəs almaq və diqqətini başqa yönə yönləndirmək lazımdır. Özünüzə gəlmək üçün siz buraya niyə gəlmənizi, harada yaşamanızı, hansı səsləri eşitdiyinizi fikirləşə bilərsiniz.
Stressi aradan qaldırmaq üçün mütəxəssislər piyada gəzinti, qaçaraq tullanmaq, mənfi enerjini müxtəlif idman hərəkətləri ilə bədəndən çıxarmaq lazımdır.
İkinci variant stresdən uzaq olmaq üçün işlə məşğul olmaqdır. Bu məşğuliyyət riyaziyyat məsələləri həll etməkdən, şeir oxuyub əzbərləməkdən ibarət ola bilər. Bu üsul stress atmaq üçün ən yaxşı vasitədir.
Bu zaman siz öz-özünüzə bəzi suallar verə bilərsiniz. Mən bu absurd vəziyyətdən çıxmaq üçün nə edə bilərəm? Mənim hansı məlumatlardan xəbərim var? Bu məsələdə mən hansı qərara gəldim?
Stress zamanlarında öz qəzəbinizi boğmağa çalışın.
Bu zaman çalışın əsəblərinizə hakim olun. Əgər mübahisə telefonda baş veribsə, o zaman ayaq üstündə durmağa çalışın. Əgər oturaraq danışmaq məcburiyyətindəsinizsə o zaman çalışın stolda rahat oturun.
Qarşınızdakı adama qarşı qəzəb hissi duysanız da gülümsəməyə çalışın. Gülümsəyərək qarşındakı adam ilə söhbət eləmək ortalıqda gərginliyin olmamasına səbəb olur. Gülümsəmək neqativ enerjinin aradan qalxmasına səbəb olur. Əgər qarşınızdakı adam sizin gülümsəmənizə layiq deyilsə, o zaman gülümsəyərkən gözlərinizi yumun.Saglamolun.Az
00:12 / 28 Sentyabr 2026
79
00:09 / 28 Sentyabr 2026
114
23:44 / 27 Sentyabr 2026
2231
23:31 / 27 Sentyabr 2026
72
23:24 / 27 Sentyabr 2026
69
23:06 / 27 Sentyabr 2026
74
23:02 / 27 Sentyabr 2026
309
22:58 / 27 Sentyabr 2026
70
22:55 / 27 Sentyabr 2026
75
22:37 / 27 Sentyabr 2026
688
22:03 / 27 Sentyabr 2026
83
21:49 / 27 Sentyabr 2026
600
21:30 / 27 Sentyabr 2026
275
21:29 / 27 Sentyabr 2026
68
21:12 / 27 Sentyabr 2026
177
21:06 / 27 Sentyabr 2026
66
21:00 / 27 Sentyabr 2026
152
20:59 / 27 Sentyabr 2026
80
20:47 / 27 Sentyabr 2026
246
20:38 / 27 Sentyabr 2026
90
20:30 / 27 Sentyabr 2026
70
20:06 / 27 Sentyabr 2026
368
19:57 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.