Süni intellekt brauzerlərində yaratdığı əsas təhlükə
28 İyul 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
485
08.07.2026, 19:40
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafiq siyahının ilkin olaraq 22-dən 43 maddəyə qaldırılması planlaşdırılsa da, daxil olan təkliflər əsasında bu rəqəm 45-ə çatdırılıb. Siyahıya əlavə edilən son iki bənd sərhədçiyə itaətsizlik və ayrıseçkilik (İnsanın cinsindən, irqindən, dərisinin rəngindən, milliyyətindən, dilindən, yaşından və dinindən asılı olaraq hüquq və azadlıqlarının pozulması) halları ilə bağlıdır.
Volodin öz "Telegram" kanalında bu addımın ölkədə ictimai təhlükəsizliyin təmin olunmasına və miqrasiya sahəsində nizam-intizamın yaradılmasına xidmət edəcəyini vurğulayıb. Dövlət Duması İnzibati Xətalar Məcəlləsinə təklif olunan düzəlişləri artıq birinci oxunuşda qəbul edib. Yeni qanun layihəsinə görə, miqrantlar Rusiya ordusunu ləkələmə, icazəsiz mitinqlərdə iştirak, sanksiya çağırışları və ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlara görə də ölkədən qovulacaqlar. Siyahıya fövqəladə və hərbi vəziyyət qaydalarını pozma, toy və şənliklərdə havaya atəş açma, polisə itaətsizlik və xırda xuliqanlıq kimi xətalar da daxildir.
Görünən odur ki, Rusiyada miqrantların deportasiya olunması üçün əsasların siyahısı genişləndirilir. Yəni hansı inzibati xətalara görə insanlar deportasiya oluna bilərlər.
Rusiyada yaşayan azərbaycanlıları deportasiyası üçün yeni qaydalarda nələrdən daha çox istifadə oluna bilər?
Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Musavat.com-a açıqlamasında vurğuladı ki, Rusiyada deportasiya üçün əsasların genişləndirilməsi ilk baxışdan miqrasiya sahəsində nizam-intizamın gücləndirilməsi kimi təqdim olunsa da, hüquqi baxımdan bu dəyişikliklər ciddi müzakirələr doğurur: "Xüsusilə inzibati xətaların sayının əhəmiyyətli dərəcədə artırılması deportasiya institutunun daha geniş tətbiqinə yol aça bilər. Bu da miqrantların fundamental hüquqlarının müdafiəsi baxımından narahatlıq yaradır. Rusiyada yaşayan azərbaycanlılar da digər xarici vətəndaşlar kimi yeni qaydaların təsiri altına düşəcəklər. Ən böyük risk ondan ibarətdir ki, əvvəllər yalnız cərimə və ya inzibati məsuliyyət yaradan bəzi əməllər artıq ölkədən çıxarılma ilə nəticələnə bilər. Xüsusilə, polisə itaətsizlik, icazəsiz aksiyalarda iştirak, sərhəd əməkdaşının göstərişinə əməl etməmək və digər inzibati pozuntuların şərhində subyektiv yanaşma ehtimalı hüquqi müdafiə mexanizmlərinin əhəmiyyətini daha da artırır. Hüquqi dövlət prinsipinə görə, deportasiya yalnız müstəsna hallarda və proporsionallıq prinsipi gözlənilməklə tətbiq edilməlidir. İnsan yalnız kiçik inzibati xətaya görə ailəsindən, işindən və uzun illər yaşadığı mühitdən məhrum edilməməlidir. Əks halda, bu, ailə həyatına hörmət, ədalətli araşdırma və effektiv hüquqi müdafiə hüququ kimi beynəlxalq səviyyədə tanınan prinsiplərlə ziddiyyət təşkil edir".
Hüquq müdafiəçisi soydaşlarımıza çağırış etməyi də unutmadı: "Rusiyada yaşayan azərbaycanlı miqrantlar yeni qaydalar qüvvəyə minəcəyi halda hüquqlarını daha diqqətlə qorumalı, inzibati protokollarla razılaşmadıqda onları məhkəmədə mübahisələndirməli və hüquqi yardım almaq imkanlarından istifadə etməlidirlər. Hər bir deportasiya qərarı fərdi qaydada əsaslandırılmalı və məhkəmə nəzarətindən keçməlidir. Kollektiv və ya avtomatik yanaşma hüquqi baxımdan qəbulolunmazdır.
Bu qanun layihəsinin qəbul edilməsinin əsas səbəbləri isə Rusiyada son illər miqrasiya siyasətinin sərtləşdirilməsi, təhlükəsizlik məsələlərinin ön plana çıxarılması, qanunsuz miqrasiyaya qarşı nəzarətin gücləndirilməsi və dövlətin miqrasiya axınını daha sərt inzibati vasitələrlə tənzimləmək istəyidir. Hakimiyyət bu addımı ictimai təhlükəsizliyin təmin olunması ilə əsaslandırsa da, insan hüquqları müdafiəçiləri belə geniş səlahiyyətlərin ayrı-seçkilik, selektiv tətbiq və miqrantlara qarşı təzyiq riskini artıra biləcəyini vurğulayırlar. Bu baxımdan, qanunun tətbiqində əsas meyar milliyyət deyil, hüququn aliliyi olmalıdır. Rusiyada yaşayan azərbaycanlıların və digər miqrantların qanun qarşısında bərabərliyi, müdafiə hüququ və ədalətli məhkəmə araşdırması tam təmin edilməli, deportasiya isə yalnız kifayət qədər hüquqi əsaslar və obyektiv sübutlar olduqda son tədbir kimi tətbiq edilməlidir. Hüquqi dövlətin əsas prinsipi də məhz budur ki, təhlükəsizlik tədbirləri insan hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına çevrilməməlidir".
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.