Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
519
08.07.2026, 19:02
Son illərdə qlobal miqyasda ekoloji tarazlığın qorunması və iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə ən çox müzakirə olunan mövzulardan biri də ənənəvi enerji mənbələrindən alternativ enerjiyə keçid prosesidir. Bir çox kütləvi informasiya vasitələrində və cəmiyyətdə "Yaşıl enerji neft və qaz sektoruna təhlükədirmi, yoxsa onu tamamlayır?" sualı ətrafında geniş polemikalar aparılır. Bu tendensiyaların fonunda bərpa olunan enerji mənbələrinin gələcək rolu və onların ənənəvi yanacaq növləri ilə paralel inkişaf perspektivləri böyük maraq doğurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən enerji məsələləri üzrə ekspert Sadiq Həsənov yaşıl enerjinin əhəmiyyəti və gələcəyi barədə mühüm məqamlara toxunub:
“Yaşıl enerjinin tətbiq olunması elə neft-qaz yanacaqları ilə işləyən enerjinin dövriyyədə azaldılması məqsədilə həyata keçirilir. Çünki, neft və qazın istifadəsi nəticəsində ətraf mühitə külli miqdarda zərər dəyir, istiləşmə effekti yaradan qazların həcmi həddindən artıq çoxalır, iqlim dəyişiklikləri baş verir və ciddi çirklənmə ocaqları yaranır. Bunları aradan qaldırmaq üçün yaşıl enerjiyə istiqamətlənmə baş verib”.
Onun sözlərinə görə, yaşıl enerji həm də dayanıqlı və tükənməyən enerjidir:
“Məsələn, günəş panellərini quraşdırıb, 30-40 il fasiləsiz, sadəcə texniki xidmət göstərməklə ondan istifadə etmək mümkündür”.
Ekspert həmçinin əlavə edib ki, küllək qurğularından da uzun müddət yüksək səviyyəli texniki qulluqla yararlanmaq olar. Neft və qaz isə tükənən maldır və müəyyən müddətdən sonra yekunlaşa bilər. Amma günəş, külək, termal enerjilər və yeraltı isti sular tükənməzdir və daimi istifadə edilə bilər:
“Düşünürəm ki, gələcəkdə yaşıl enerji ilə işləyən obyektlər, enerji istehsalı və xüsusən də nəqliyyatda bu enerjidən istifadə həddindən artıq artacaq”.
Çimnaz Telmanqızı
05:37 / 10 Noyabr 2026
51
05:27 / 10 Noyabr 2026
52
04:34 / 10 Noyabr 2026
91
04:12 / 10 Noyabr 2026
113
02:34 / 10 Noyabr 2026
133
02:02 / 10 Noyabr 2026
127
01:30 / 10 Noyabr 2026
255
01:19 / 10 Noyabr 2026
409
01:00 / 10 Noyabr 2026
182
00:25 / 10 Noyabr 2026
769
00:20 / 10 Noyabr 2026
147
00:14 / 10 Noyabr 2026
370
00:08 / 10 Noyabr 2026
139
23:52 / 09 Noyabr 2026
238
23:52 / 09 Noyabr 2026
1976
23:48 / 09 Noyabr 2026
146
23:42 / 09 Noyabr 2026
359
23:37 / 09 Noyabr 2026
407
23:32 / 09 Noyabr 2026
174
23:28 / 09 Noyabr 2026
184
23:23 / 09 Noyabr 2026
147
23:17 / 09 Noyabr 2026
229
23:12 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.