Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
27 Sentyabr 2026, 09:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
797
05.07.2026, 22:41
Avropada müşahidə olunan isti hava dalğası təhlükəli nəticələr yaradıb. Rəsmi məlumatlara görə, İspaniyada iyun ayında istilərlə bağlı 1029 nəfərdən artıq ölüm qeydə alınıb. Fransada isə iyunun 22-dən 28-dək ölüm hallarının təxminən 30 faiz artdığı bildirilir. Almaniyada da isti hava ölümlərə səbəb olub.
Sosial şəbəkələrdə ölkəmizdə də yaxın günlərdə ektremal hava şəraitinin müşahidə olunacağı ilə bağlı paylaşımlar edilir. Bəs bu iddialar nə dərəcədə doğrudur?
Oxu24.com xəbər verir ki,mütəxəssislər bildirirlər ki, Avropadakı isti hava dalğasını birbaşa Azərbaycanla eyniləşdirmək doğru deyil.
Coğrafiya İnstitutunun əməkdaşı, ekoloq Ənvər Əliyev bildirir ki, ölkəmizə təsir edən hava axınları müxtəlif istiqamətlərdən formalaşır.
Milli Hidrometeorologiya Xidmətinin iyul ayı üzrə proqnozuna görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 25-28 dərəcə olacaq. Ayın ikinci və üçüncü ongünlüyünün bəzi günlərində isə temperaturun 36-40 dərəcəyədək yüksələcəyi gözlənilir.
Ənvər Əliyev qeyd edir ki, Bakıda isti hava mümkündür, amma bu, Avropadakı ölümcül istilərin eyni formada Azərbaycana keçəcəyi anlamına gəlmir.
Bununla belə, yüksək temperatur və rütubət Azərbaycanda da sağlamlıq üçün risk yarada bilər. Mütəxəssislər günorta saatlarında açıq havada uzun müddət qalmamağı, kifayət qədər maye qəbul etməyi və birbaşa günəş şüasından qorunmağı tövsiyə edirlər.
Beləliklə, Avropada müşahidə olunan kəskin istilərin Azərbaycana eyni təsirlə gələcəyi ehtimalı olduqca azdır. Bakıda isti günlərin müşahidə olunması mümkündür, lakin bu vəziyyət riskli sayılmır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
09:50 / 27 Sentyabr 2026
4
09:49 / 27 Sentyabr 2026
1
09:46 / 27 Sentyabr 2026
15
09:31 / 27 Sentyabr 2026
37
09:19 / 27 Sentyabr 2026
44
09:14 / 27 Sentyabr 2026
52
09:09 / 27 Sentyabr 2026
46
08:36 / 27 Sentyabr 2026
59
08:21 / 27 Sentyabr 2026
662
07:53 / 27 Sentyabr 2026
70
07:47 / 27 Sentyabr 2026
66
01:36 / 27 Sentyabr 2026
1200
01:03 / 27 Sentyabr 2026
236
00:54 / 27 Sentyabr 2026
79
00:37 / 27 Sentyabr 2026
1490
00:20 / 27 Sentyabr 2026
90
00:06 / 27 Sentyabr 2026
93
23:58 / 26 Sentyabr 2026
447
23:09 / 26 Sentyabr 2026
113
22:54 / 26 Sentyabr 2026
834
22:48 / 26 Sentyabr 2026
256
22:16 / 26 Sentyabr 2026
84
21:58 / 26 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.