Bu ərazilərdə qaz olmayacaq
04 İyul 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
55
03.07.2026, 23:37
İsti havaların gəlişi ilə əlaqədar olaraq qidaların saxlanması və istehlakı zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi hər zamankından daha böyük aktuallıq kəsb edir. Yüksək temperatur rejimi bir çox ərzaq məhsullarının tərkibində zərərli mikroorqanizmlərin sürətlə çoxalmasına və onların qısa müddətdə xarab olmasına zəmin yaradır. Bu vəziyyət isə insan sağlamlığı üçün ciddi təhlükə törədən qida zəhərlənmələri riskini kəskin şəkildə artırır. Yay aylarını sağlam və təhlükəsiz keçirmək üçün isti günlərdə hansı qidaların qəbulunun tövsiyə olunduğunu, hansı mütəmadi istifadə edilən məhsullardan isə mütləq uzaq durmaq lazım olduğunu bilmək olduqca vacibdir.
Mövzu barədə Oxu24.com-a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova danışıb.
Yüksək risk qrupuna aid olan qidalar hansılardır?
Mütəxəssis bildirir ki, yay mövsümündə, xüsusilə də temperatur rejimi yuxarı olduğu zamanlarda daha tez xarab olmağa meyilli olan yüksək risk qruplu qidalar mövcuddur. Bu qidaların tərkibində mikroorqanizmlər, xüsusilə bakteriya, virus və kif asanlıqla çoxala bildiyi üçün zəhərlənmə riski yaradır. Ona görə də bir çox qidaları istər çiy, istərsə də bişirilmiş şəkildə saxlayarkən mütləq soyuq qida zəncirinə diqqət etmək lazımdır.
Məhsəti Hüseynova yayda diqqət yetirilməli olan əsas qida qruplarını belə sıralayır:
“Heyvan mənşəli qidalar daha çox zülal tərkibli olduğuna görə tez xarab olmağa meyillidir. Birinci yerdə hər zaman istər çiy, istər bişmiş şəkildə olan ət və ət məhsulları gəlir. Bu məhsulların doğru şəkildə mühafizəsi təmin olunmalı və bişirilərkən yalnız istehlak olunacaq qədər hazırlanmalıdır. Bişirməyə hazırlayarkən çiy məhsulla təmasda olan doğrama lövhələri və bıçaqlar tam təmiz olmalıdır.
Süd və süd məhsulları da tez xarab olmağa meyillidir. Yaxşı olar ki, mənşəyi bəlli olan yerlərdən alınsın. Əgər keyfiyyətli, təbii və konservantsız məhsuldursa, onun tez xarab olmaması üçün təzə ikən istehlak edilməsinə və soyuducuda saxlanılmasına diqqət edilməlidir.
Hər zaman risk qrupunda yer alan balıq və dəniz məhsulları qəbul edərkən və alarkən mütləq şəkildə diqqətli olmaq lazımdır.
Həm çiy, həm bişmiş yumurta, həmçinin yumurtalı souslar, mayonezlər, kremli şirniyyatlar, çizkeyk və tiramisu kimi məhsullarda istifadə olunursa, məhsulun təzə olmasına və mütləq soyuq temperaturda saxlanılmasına nəzarət edilməlidir”.
Mütəxəssisin sözlərinə görə, mövsümü olmayan meyvə-tərəvəzləri alarkən və saxlayarkən çox diqqətli olmaq lazımdır. Çünki mövsümündə yetişməyən qidaların hazırlanmasında istifadə olunan süni istilik, kimyəvi maddələr, gübrələr və hormonlar azyaşlılar, yuxarı yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar, həmçinin immun sistemi aşağı olan şəxslər üçün ciddi risk yaradır və onlara bu məhsullardan istifadə tövsiyə olunmur.
Eyni zamanda yerli və mövsümi meyvə-tərəvəzlər də yuyulmadan qəbul edilməməlidir. Hətta qabığı soyulmayan məhsul kəsildikdə qabığından daxilinə nüfuz edən mikroorqanizmlər müxtəlif salatlarda, smuzilərdə qarışıq şəkildə istifadə olunduqda daha tez zəhərlənməyə səbəb ola bilər.
“Heç də hər zaman keyfiyyətsiz məhsul zəhərlənməyə səbəb olmur. Keyfiyyətli məhsulu da doğru şəkildə saxlamadıqda, tərkibində asanlıqla bakteriyalar yığılıb çoxalır və bu da zəhərlənməyə yol açır".
“Yayda yeməkləri otaq temperaturunda saxlamaq olmaz!”
Məhsəti Hüseynova vurğulayır ki, qış mövsümündə hər hansı bir bişirilmiş qidanı otaq temperaturunda 2 saata qədər saxlamaq mümkün idisə, yayda bu müddət yarım saata qədər azalır. Hətta mümkün olduğu qədər daha az bir müddətdə qidaların soyuducuya yerləşdirilməsi təmin olunmalıdır. Yeməklərin tərkibinin dəyişməməsi üçün onların saxlandığı qablar da önəmlidir; yay aylarında qidaları saxlamaq üçün xüsusi emal olunmuş qablardan və şüşə qablardan istifadə edilməsi daha çox tövsiyə olunandır.
Çimnaz Telmanqızı
00:04 / 04 İyul 2026
8
23:51 / 03 İyul 2026
108
23:45 / 03 İyul 2026
47
23:28 / 03 İyul 2026
60
23:13 / 03 İyul 2026
52
22:29 / 03 İyul 2026
67
22:12 / 03 İyul 2026
65
21:59 / 03 İyul 2026
75
21:47 / 03 İyul 2026
85
21:23 / 03 İyul 2026
208
21:17 / 03 İyul 2026
82
20:56 / 03 İyul 2026
75
20:48 / 03 İyul 2026
122
20:18 / 03 İyul 2026
86
20:18 / 03 İyul 2026
110
19:38 / 03 İyul 2026
91
19:18 / 03 İyul 2026
234
19:08 / 03 İyul 2026
236
18:45 / 03 İyul 2026
299
18:26 / 03 İyul 2026
184
18:11 / 03 İyul 2026
118
18:00 / 03 İyul 2026
112
17:55 / 03 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.