Qaynar xətt:

(+99450) 247 90 86

Günəşdə güclü partlayışlar baş verib 

Günəşdə güclü partlayışlar baş verib 

CƏMİYYƏT

220

30.06.2026, 23:37

Günəşdə gün ərzində gücünə görə sondan əvvəlki - M sinfinə aid üçüncü alışma qeydə alınıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Moskva vaxtı ilə iyunun 30-da saat 15:57-də (Bakı vaxtı ilə 16:57 - red.) rentgen diapazonunda 4475 (S07W53) ləkələr qrupunda 37 dəqiqə davam edən M5.9 sinifli alışma qeydə alınıb", - məlumatda qeyd olunub.

Bundan əvvəl M sinfinə aid daha iki - M1.3 və M1.4 sinifli alışmanın baş verdiyi bildirilmişdi. Oxu.Az