Təzyiqi aşağı salan 5 əsas qida
10 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
826
30.06.2026, 20:49
Bəzi valideynlər yeni doğulmuş körpələrindən daban testinin götürülməsindən imtina edir və ya buna laqeyd yanaşırlar. Lakin bu müayinə gələcəkdə uşağın əqli və fiziki inkişafında geri dönməz fəsadların qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir.
Oxu24.com xəbər verir ki, nevroloq Dr. Rəvanə Quluzadə yeni doğulmuş körpələrdə daban testi müayinəsinin vacibliyi barədə danışıb və valideynlərə ciddi xəbərdarlıq edib.
“Erkən diaqnoz həyat xilas edir”
Həkim bildirib ki, daban testi körpələrin erkən mərhələsində bir çox vacib nevroloji və genetik xəstəlikləri aşkar etmək üçün istifadə olunan skrininq testidir. Bu test sayəsində uşağın gələcəkdə əqli inkişaf geriliyinə və ya iflicə səbəb ola biləcək xəstəliklərini vaxtında diaqnoz etmək mümkündür.
Nevroloqun sözlərinə görə, daban testi vasitəsilə aşkarlanan əsas xəstəliklər və onların fəsadları bunlardır:
1.Fenilketonuriya xəstəliyi: Uşaq doğulandan sonra ilk 24-48 saat ərzində bu xəstəlik aşkarlanarsa, xüsusi pəhrizlər və qidalar sayəsində gələcəkdə yarana biləcək epilepsiya və ağır əqli geriliyin qarşısını almaq olur.
2.Anadan gəlmə hipotireoz: Bu xəstəliyə vaxtında diaqnoz qoyulmazsa, gələcəkdə uşaqda kretinizm deyilən ağır əqli gerilik formalaşır.
“1-2 yaşında artıq çox gec olur"
Dr. Rəvanə Quluzadə qeyd edib ki, bu cür xəstəliklərin diaqnozu uşaqda 1 və ya 2 yaşında qoyulursa, bu, artıq çox gecikmiş hesab olunur. Bu zaman uşaqda çox ağır nevroloji qüsurlar formalaşmış olur və müalicənin effekti minimuma enir.
Mütəxəssis valideynləri körpələrin gələcəyini riskə atmamağa çağırıb:
“Körpənizə bu müayinələri mütləq etdirin və dövlət müəssisələrində bu testlərin aparılmasını mütləq surətdi tələb edin”.
Çimnaz Telmanqızı
10:39 / 10 Noyabr 2026
1
10:32 / 10 Noyabr 2026
29
10:28 / 10 Noyabr 2026
47
10:21 / 10 Noyabr 2026
49
10:17 / 10 Noyabr 2026
63
10:15 / 10 Noyabr 2026
71
10:10 / 10 Noyabr 2026
57
09:50 / 10 Noyabr 2026
152
09:46 / 10 Noyabr 2026
89
09:35 / 10 Noyabr 2026
114
09:26 / 10 Noyabr 2026
154
09:19 / 10 Noyabr 2026
109
08:56 / 10 Noyabr 2026
204
08:46 / 10 Noyabr 2026
221
08:42 / 10 Noyabr 2026
2048
05:37 / 10 Noyabr 2026
159
05:27 / 10 Noyabr 2026
256
04:34 / 10 Noyabr 2026
160
04:12 / 10 Noyabr 2026
219
02:34 / 10 Noyabr 2026
182
02:02 / 10 Noyabr 2026
169
01:30 / 10 Noyabr 2026
440
01:19 / 10 Noyabr 2026
597
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.