Leyla Əliyeva Fatimə üçün mahnı yazdı - VİDEO
10 Avqust 2026, 01:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
722
30.06.2026, 18:20
İyunun 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger ilə görüşüb.
XİN-dən Oxu24.com -a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə ICMP arasında əməkdaşlıq gündəliyi, münaqişədən sonrakı dövrdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyət, habelə bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4 minə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını diqqətə çatdıraraq, itkin düşmüş şəxslər məsələsinin Azərbaycan üçün prioritet humanitar istiqamətlərdən biri olduğunu vurğulayıb. Bu çərçivədə Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri, basdırılma faktları və mina xəritələri ilə bağlı mövcud məlumatların tam şəkildə təqdim edilməsinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Tərəflər Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsində itkin düşmüş şəxslər məsələsinə dair müddəanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu istiqamətdə etimadın qurulması və humanitar nəticələrin aradan qaldırılması üçün praktiki addımların vacibliyini qeyd ediblər.
Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında formalaşmış faydalı tərəfdaşlıq yüksək qiymətləndirilərək, bu əməkdaşlığın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, identifikasiya imkanlarının gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin 44 günlük Vətən müharibəsindən sonra humanitar öhdəliklərinə sadiq qalaraq, mürəkkəb təhlükəsizlik şəraitinə və mina təhlükəsinə baxmayaraq genişmiqyaslı axtarış işləri həyata keçirdiyini, aşkarlanmış 2 mindən artıq erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verdiyini diqqətə çatdırıb. Bu addım Azərbaycanın beynəlxalq humanitar hüquqa hörmətinin və humanitar məsələlərdə konstruktiv yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilib.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar, aparılan ekshumasiya və identifikasiya işləri, habelə aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər və ICMP-nin digər ölkələrdə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
02:32 / 10 Avqust 2026
1
01:11 / 10 Avqust 2026
34
23:34 / 09 Avqust 2026
56
23:06 / 09 Avqust 2026
70
23:06 / 09 Avqust 2026
69
22:17 / 09 Avqust 2026
73
21:27 / 09 Avqust 2026
75
20:42 / 09 Avqust 2026
78
20:24 / 09 Avqust 2026
101
19:49 / 09 Avqust 2026
92
19:14 / 09 Avqust 2026
84
18:40 / 09 Avqust 2026
130
14:30 / 09 Avqust 2026
100
13:55 / 09 Avqust 2026
93
13:31 / 09 Avqust 2026
456
13:30 / 09 Avqust 2026
104
13:10 / 09 Avqust 2026
108
12:30 / 09 Avqust 2026
108
12:24 / 09 Avqust 2026
560
12:13 / 09 Avqust 2026
113
12:06 / 09 Avqust 2026
187
12:04 / 09 Avqust 2026
1375
12:02 / 09 Avqust 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.