Qaynar xətt:

(+99450) 247 90 86

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq 

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq 

CƏMİYYƏT

81

30.06.2026, 20:24

Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 1-i saat 10:00-dan işlər başa çatanadək Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

“Azəriqaz”dan Oxu24.com-a verilən məlumata görə, fasilə Nizami rayonunun Keşlə qəsəbəsini, Sabunçu rayonunun isə Maştağa qəsəbəsini, Yeni Sahə, Subtropik Sovxoz, Konserv Zavodu və Daş Karxanası yaşayış massivlərini əhatə edəcək.