Bibisi qızına görə cinayət törədən şəxsdən şikayət geri götürülmədi
30 İyun 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
72
30.06.2026, 14:15
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin 1-ci məzun buraxılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kənan Seyidov və digər vəzifəli şəxslər iştirak ediblər.
Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik Yaşar Hüseynov məzun buraxılış mərasiminə hazırlıq barədə Əlahiddə Ümumqoşun Ordunun komandanı Kənan Seyidova məruzə edib.
Mərasimdə çıxış edən general-leytenant Kənan Seyidov məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə sədaqətlə xidmət etməyin, hərbi andı daim uca tutmağın və Azərbaycan hərbi qulluqçusu şərəfli adını layiqincə qorumağın vacibliyini vurğulayıb.
Sonra Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə şərəflə xidmət etməyi, peşəkar hərbi qulluqçu kimi daim inkişaf etməyi arzulayıb.
Mərasimdə Naxçıvan Hərbi Kollecini fərqlənmə ilə bitirən məzunlara Əlahiddə Ümumqoşun Ordunun komandanı tərəfindən sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub. Daha sonra kolleci bitirən digər məzunlara rəhbər heyət tərəfindən sertifikatlar təqdim edilib.
Kolleci birinciliklə başa vuran məzun tərəfindən yaş kötüyünə xatirə simvolu vurulub.
Ardınca Naxçıvan Hərbi Kollecinin Döyüş Bayrağının təhvili və qəbulu mərasimi icra olunub.
Məzun buraxılış mərasimi şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.
16:40 / 30 İyun 2026
3
16:30 / 30 İyun 2026
22
16:20 / 30 İyun 2026
40
15:57 / 30 İyun 2026
76
15:51 / 30 İyun 2026
55
15:43 / 30 İyun 2026
59
15:40 / 30 İyun 2026
51
15:34 / 30 İyun 2026
66
15:24 / 30 İyun 2026
62
15:15 / 30 İyun 2026
91
15:09 / 30 İyun 2026
64
15:02 / 30 İyun 2026
65
14:53 / 30 İyun 2026
57
14:50 / 30 İyun 2026
73
14:46 / 30 İyun 2026
59
14:37 / 30 İyun 2026
84
14:35 / 30 İyun 2026
65
14:32 / 30 İyun 2026
76
14:28 / 30 İyun 2026
89
14:23 / 30 İyun 2026
72
13:58 / 30 İyun 2026
79
13:55 / 30 İyun 2026
70
13:49 / 30 İyun 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.