Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatdı
25 İyun 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
76
25.06.2026, 20:41
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, ölkəmizdə riyaziyyat fənni üzrə imtahan nəticələrinin beynəlxalq meyarlarla müqayisəsini əks etdirən xüsusi cədvəlin hazırlanması planlaşdırılır. Bu yenilik cəmiyyətdə böyük maraq doğurmaqla yanaşı, müəyyən suallara da yol açıb: İmtahanların beynəlxalq meyarlarla müqayisə edilməsi gələcəkdə Azərbaycan attestatlarının və ya DİM imtahan nəticələrinin xaricdə birbaşa tanınmasına imkan verəcəkmi?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Elvin Bədirov məsələnin pərdəarxası məqamlarını və reallıqları tam təhlil edib.
Ekspert qeyd edir ki, sözügedən təşəbbüsü ümumilikdə müsbət addım kimi dəyərləndirmək olar. Lakin cəmiyyətdə əsassız fikirlərin və yanlış gözləntilərin formalaşmaması üçün hadisəni düzgün təhlil etmək vacibdir:
“Yalnız imtahanların beynəlxalq standartlarla müqayisə edilməsi Azərbaycan attestatlarının və ya DİM nəticələrinin avtomatik şəkildə xaricdə tanınması demək deyil”.
Onun sözlərinə görə, əgər riyaziyyat fənni üzrə bilik səviyyəsi beynəlxalq çərçivələrlə (məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının – OECD-nin PISA yanaşması və ya digər beynəlxalq qiymətləndirmə meyarları) uyğunlaşdırılarsa, bu, ilk növbədə aşağıdakı üstünlükləri qazandıracaq:
1.Ölkədə təhsilin fənlər üzrə ilkin keyfiyyət göstəriciləri obyektiv qiymətləndiriləcək və sistemin zəif tərəfləri dəqiq müəyyən ediləcək.
2.Azərbaycan şagirdlərinin və məzunlarının hansı səviyyədə bilik və bacarıqlara malik olduğunu beynəlxalq təhsil dili ilə ifadə etmək mümkün olacaq.
Elvin Bədirovun sözlərinə görə, xarici universitetlərin və ya xarici ölkə təhsil sistemlərinin yerli attestatı və ya qəbul imtahanının nəticəsini tanıması daha qlobal və çoxşaxəli bir məsələdir. Burada təkcə təhsil proqramlarının məzmunu yox, bütöv bir mexanizm rol oynayır:
•Qiymətləndirmə sisteminin ümumi şəffaflığı və etibarlılığı;
•Təhsil müəssisələrinin və proqramların beynəlxalq statusu;
•Ölkələr arasında sənədlərin qarşılıqlı tanınması haqqında müqavilələr;
•Ali təhsil müəssisələrinin daxili qəbul qaydaları və müstəqil tələbləri.
Ekspert vurğulayır ki, beynəlxalq meyarlara uyğunluq tanınma prosesini asanlaşdıra və Azərbaycan təhsilinə olan etibarlılığı artıra bilər, amma özü-özlüyündə birbaşa tanınmanı təmin etmir. Bu reallıq təkcə bizim ölkə üçün yox, bütün dünya təhsil sistemləri üçün keçərli olan bir standartdır.
Digər tərəfdən, belə müqayisəli cədvəllərin hazırlanması Azərbaycanın daxili təhsil sistemi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Ekspert bildirir ki, bu yanaşma real islahatlara təkan verəcək:
“Müəllim hazırlığının, dərsliklərin məzmununun və qiymətləndirmə mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinə şərait yaradacaq. Nəticədə şagirdlər yalnız imtahandan keçmək və test tapmaq üçün deyil, analitik düşünmə, problem həll etmə və biliklərini real həyatda tətbiq etmə bacarıqları baxımından da daha güclü hazırlıq əldə edəcəklər”.
E. Bədirov yekun olaraq vurğulayıb ki, bu təşəbbüsü gələcəkdə beynəlxalq tanınmaya gedən yolda atılmış vacib və fundamental addımlardan biri hesab etmək olar. Ancaq prosesin tam və real nəticə verməsi üçün təkcə imtahanların müqayisəsi kifayət deyil; qiymətləndirmə sisteminin bütövlükdə beynəlxalq etimad qazanması, təhsil proqramlarının tam uyğunlaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl islahatlar davam etdirilməlidir.
Çimnaz Telmanqızı
22:37 / 25 İyun 2026
17
22:29 / 25 İyun 2026
59
21:58 / 25 İyun 2026
55
21:30 / 25 İyun 2026
49
21:15 / 25 İyun 2026
92
21:05 / 25 İyun 2026
68
20:29 / 25 İyun 2026
54
20:04 / 25 İyun 2026
58
19:44 / 25 İyun 2026
68
19:29 / 25 İyun 2026
96
19:07 / 25 İyun 2026
88
18:53 / 25 İyun 2026
88
18:42 / 25 İyun 2026
101
18:35 / 25 İyun 2026
79
18:21 / 25 İyun 2026
81
17:51 / 25 İyun 2026
85
17:43 / 25 İyun 2026
88
17:33 / 25 İyun 2026
128
17:28 / 25 İyun 2026
110
17:26 / 25 İyun 2026
107
17:25 / 25 İyun 2026
98
17:18 / 25 İyun 2026
87
17:18 / 25 İyun 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.