Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
278
14.09.2026, 14:43
İqlim dəyişikliyi müasir dövrün ən aktual və qlobal miqyaslı ekoloji problemlərindən biri olaraq qalır. Planetin gələcəyini təhdid edən bu proses həm təbiətə, həm də bəşəriyyətin sosial-iqtisadi həyatına ciddi ziyan vurur. Dünya ölkələri qarşısında istiləşmənin qarşısının alınması və ekoloji tarazlığın qorunması istiqamətində mühüm vəzifələr dayanır. Lakin bu məqsədlərə nail olmaq üçün mövcud maneələrin aradan qaldırılması xüsusi yanaşma tələb edir.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı tanınmış ekoloq Rövşən Abbasov fikirlərini bölüşüb.
Ekoloq bildirib ki, qlobal miqyasda qarşıda duran iki əsas və böyük məqsəd mövcuddur:
•Temperatur artımının məhdudlaşdırılması: Sənayedən əvvəlki dövrlə müqayisədə qlobal istiləşmənin 1.5 dərəcəyə qədər məhdudlaşdırılması hədəflənir.
•0 karbon sxeminə nail olmaq: Ölkələr 2050-ci ilə qədər ya atmosferə atılan istixana qazlarını sıfıra endirməli, ya da kompensasiya (karbon udan) texnologiyalarından istifadə etməlidirlər.
Onun sözlərinə görə, bütün bu səylərin əsas yolu karbon qazının azaldılmasından keçir. Lakin nəqliyyat, sənaye, şəhərlər və tikintilər kimi əsas mənbələrdən gələn emissiyaları azaltmaq olduqca çətindir:
“Nəqliyyat sektorunda avtomobillərin əsas hissəsi hələ də dizel və benzinlə işləyir. Elektrik avtomobillərinə keçid müsbət addım olsa da, həmin elektrik enerjisinin yenə də neft və ya qaz yandırılaraq əldə edilməsi məsələni tam həll etmir. Alternativ enerji mənbələri olan külək və günəş enerjisinin də özünəməxsus çətinlikləri, o cümlədən infrastruktura və utilizasiyaya bağlı problemləri mövcuddur”.
Rövşən Abbasov qeyd edib ki, Paris sazişləri çərçivəsində müəyyən uğurlar əldə edilsə də, bunlar hələ ki azdır. 2050-ci ilə qədər "0 karbon" sxeminə çatmaq mövcud şəraitdə, xüsusilə Azərbaycanda o qədər də real görünmür. Buna görə də ölkələr daha ağıllı texnologiyalar axtarmalı və mütəxəssislərin iştirakı ilə qərarlar qəbul etməlidirlər.
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.